Baqerhat məscid şəhəri — Banqladeşin cənubunda Qanq çayı ile Brahmaputra çayının kəsiştiyi yerdə XV əsidə qurulan qədimi şəhərdir.
Baqerhat məscid şəhəri | |
---|---|
benq. মসজিদের শহর বাগেরহাট | |
22°39′39″ şm. e. 89°45′30″ ş. u. | |
Ölkə | Banqladeş |
Aidiyyatı | Dehli sultanlığı |
Vəziyyəti | stabil |
Tipi | Mədəni |
Kriteriya | iv |
Təyin edilib | 1985 |
İstinad nöm. | http://whc.unesco.org/en/list/321 |
Dövlət | Banqladeş |
Region | Asiya |
Vikianbarda əlaqəli mediafayllar |
Delhi Sultanı IV Məhəmməd Şahın hakimyəti illərində Cihan Əli adında bir əsgər tərəfindən "Xəlifə şəhəri" adı ilə müsəlman şəhəri kimi əsası qoyulan şəhər, 1459-da Cihan Əlinin ölümündən sonra meşələrə büründü. Həmin şəhərin 50 əsəri günümüzə gəlib çıxmışdır. Əsərlərin arasında ən məşhuru və ən gözəli Altmış Günbəzli məsciddir.
1985-də Ümumdünya irsi sıyahısına daxil edilmişdir.[1]
Siyasi və dini səbəblərdən Dehli sultanlığının ucqar torpaqlarında islam şəhəri qurmaq üçün Delhi Sultanı Cihan Əliyə əmr verdi. Cihan Əlinin başcılığı ilə eyni formada 360 məscid,bir neçə dövlər binası, saray və su anbarı tikildi. Binaların tikilişində qırmızı kərpicə üstünlük verirdilər. Şəhər qurulduqdan sonra ömrünün sonuna kimi Baqerhatdan ayrılmayan Cihan Əli 1459-da vəfat edir. Cihan Əlinin qəbri üstündə Cihan Əli türbəsi tikilmişdir. Şəhərin yaxınlığında Cihan Əlinin yaxın dostu olan Piri Əlinin türbəsi vardır.
Altmış Günbəzli məscid (Shat Gambuj), Banqladeşin ən qədim məscidlərindən biridir. Bu səbəblədə "Tarixi məscid" kimi adlandırılır. Məscidin altmış günbəzini sütunlar saxlayır, yeddi əsas günbəzdə banqladeş dilində yazılar vardır. Məscid binası həm dini məhkəmə, həm mədrəsə, həm də namaz qılmaq (ibadət) üçün istifadə edilirdi. Məscid 1440 Əli Cihan tərəfindən qırmızı kərpicdən tikilmişdir. Məcid dört minarəlidir.[2]
Doqquz Günbəzli məscid XV əsrdə Cihan Əlinin qəbri yaxınlığında tikilmişdir. Məscidin səkkiz kiçik günbəzi və mərkəzdə bir böyük günbəzi vardır.
Baqerhat şəhərində Banqladeşin arxeologiya şöbəsi və UNESCO birlikdə tarix muzeyinin əsasını qoydular. Muzey Altmış Günbəzli məscidin qarşısında yerləşir. Muzeydə Banqladeşin mühüm tarixi binalarının şəkilləri və arxeoloji qazıntılar zamanı tapılmış dəyərli əşyalar sərgi olunur.[3][4]