Baqramda təyyarə qəzası (6 iyul 2011)

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə hazırlanıb və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Baqramda təyyarə qəzası (6 iyul 2011)
Ümumi məlumatlar
Tarix
Qəza səbəbi vurulma
Yer Əfqanıstan Baqram
Sərnişin sayı 0
Komanda 9
Yaralı sayı
  • 0
Ölü sayı
  • 9
Təyyarə
Təyyarə modeli İL-76 4K-AZ 55
Havayolu şirkəti Silk Way Airlines
Qalxma yeri Azərbaycan Heydər Əliyev adına beynəlxalq hava limanı, Bakı
İstiqamət BakıBaqram

Məlumat[redaktə | mənbəni redaktə et]

Bakı-Baqram marşrutu ilə hərəkət edən və 5 iyul 2011-ci il tarixində, saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev adına beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb[1].

Azərbaycan Mülki Aviasiya Administrasiyasından bildiriblər ki, İL-76 4K-AZ 55 yük təyyarəsinin göyərtəsində 9 nəfər heyət üzvü olub. Təyyarənin kapitanı 1969-cu il təvəllüdlü Kuzmin Sergey Viktoroviç 4576 saat uçuş həyata keçirmiş təcrübəli pilotdur.

Əfqanıstanın Hava Məkanının İdarə Edilməsi Xidmətinin məlumatına görə, iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Baqram aeroportu yaxınlığında yerə enməli olan Azərbaycanın "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsi ilə əlaqə kəsilib və təyyarə radarlardan itib. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib.

Əlaqə kəsilənədək hava gəmisindən nasazlıq və ya qəza vəziyyəti ilə bağlı hər hansı məlumat daxil olmayıb.

"Taliban" hərəkatının nümayəndəsi Zəbibulla Mücahid Əfqanıstan KİV-inə bildirib ki, "Azərbaycan Hava Yolları"nın təyyarəsini "Taliban" vurub. Kabil Beynəlxalq Hava Limanının nümayəndəsi Azərbaycan təyyarəsinin “Taliban” tərəfindən vurulması barədə xəbərləri təkzib edib. Hava limanının vitse-prezidenti Cəlal Vahab xəbəri təsdiqləmək üçün əlində kifayət qədər informasiya olmadığını bildirib: “Mənə bununla bağlı artıq müraciət ediblər. Lakin mən onu təsdiqləyə bilmərəm. Hələlik heç kim bu təyyarənin qəzaya uğramasına görə məsuliyyəti üzərinə götürməyib”.[2] Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov Azərbaycan təyyarəsinin "Taliban" hərəkatının üzvləri tərəfindən vurulduğunu deyib.[3][4][5][6] "Azərbaycan Hava Yolları" QSC-nin baş direktor müavini İlham Əmirov bildirib ki, hava gəmisinin "Taliban" hərəkatı tərəfindən vurulması əsas versiyalardan biridir.[7]

Heyət[redaktə | mənbəni redaktə et]

Təyyarənin 9 nəfərlik gəmi heyəti qəza nəticəsində ölüb. Onlardan 4-ü Azərbaycan, 3-ü Özbəkistan və 2 nəfər də Rusiya vətəndaşıdır[8]. Həmin şəxslər aşağıdakılardır[9]:

  1. Özbəkistan Gəmi kapitanı Sergey Kuzmin (1969-cu il təvəllüdlü)
  2. Özbəkistan İkinci pilot Oleq Marşixin (1979)
  3. Özbəkistan Şturman İqor Çjen (1966)
  4. Özbəkistan Bort mühəndisi Vladimir Şatobin (1969)
  5. Özbəkistan Bort-rabitəçi Əhmədcan Axmedjan Xacayev (1955)
  6. Azərbaycan Bort operatoru Elnur Mahmudov (1981)
  7. Azərbaycan Bort operatoru Tapdıq Qəhrəmanov (1964)
  8. Azərbaycan Aviatexnik Əfqan Rəhimov (1980)
  9. Azərbaycan Aviatexnik Mehman Hüseynov (1962)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Qəzada ölənlərin cəsədlərini ölkəyə gətirmək üçün xüsusi dəstə yaradılacaq". 2011-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-07.
  2. "Təyyarəmizi "Taliban" vurub". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-10.
  3. ""Taliban"ın məlumatına görə, Azərbaycan təyyarəsi hərəkatın üzvləri tərəfindən vurulub". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-10.
  4. "Azərbaycan təyyarəsini "Taliban" vurub - YENİLƏNİB". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-10.
  5. "Azərbaycan səfiri: "Əfqanıstanda təyyarəmizi "Taliban" vurub"". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-10.
  6. "Təyyarəmizi Taliban vurub-Yenilənib". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-10.
  7. "İlham Əmirov: \"Təyyarəmizi talibanların vurduğu ilkin versiyadır\"". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-10.
  8. "NATO cargo plane crashes, 9 killed. washingtonpost.com". 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-07.
  9. "Təyyarə qəzasında ölənlərdən biri Milli qəhrəman olan atasının taleyini təkrarladı". 2012-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-07.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]