Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə hazırlanıb və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.
Baqramda təyyarə qəzası (6 iyul 2011) | |
---|---|
Ümumi məlumatlar | |
Tarix |
|
Qəza səbəbi | vurulma |
Yer | Baqram |
Ölkə | |
Sərnişin sayı | 0 |
Komanda | 9 |
Yaralı sayı |
|
Ölü sayı |
|
Təyyarə | |
Təyyarə modeli | İL-76 4K-AZ 55 |
Havayolu şirkəti | Silk Way Airlines |
Qalxma yeri | Heydər Əliyev adına beynəlxalq hava limanı, Bakı |
İstiqamət | Bakı → Baqram |
Bakı-Baqram marşrutu ilə hərəkət edən və 5 iyul 2011-ci il tarixində, saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev adına beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb[1].
Azərbaycan Mülki Aviasiya Administrasiyasından bildiriblər ki, İL-76 4K-AZ 55 yük təyyarəsinin göyərtəsində 9 nəfər heyət üzvü olub. Təyyarənin kapitanı 1969-cu il təvəllüdlü Kuzmin Sergey Viktoroviç 4576 saat uçuş həyata keçirmiş təcrübəli pilotdur.
Əfqanıstanın Hava Məkanının İdarə Edilməsi Xidmətinin məlumatına görə, iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Baqram aeroportu yaxınlığında yerə enməli olan Azərbaycanın "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsi ilə əlaqə kəsilib və təyyarə radarlardan itib. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib.
Əlaqə kəsilənədək hava gəmisindən nasazlıq və ya qəza vəziyyəti ilə bağlı hər hansı məlumat daxil olmayıb.
"Taliban" hərəkatının nümayəndəsi Zəbibulla Mücahid Əfqanıstan KİV-inə bildirib ki, "Azərbaycan Hava Yolları"nın təyyarəsini "Taliban" vurub. Kabil Beynəlxalq Hava Limanının nümayəndəsi Azərbaycan təyyarəsinin "Taliban" tərəfindən vurulması barədə xəbərləri təkzib edib. Hava limanının vitse-prezidenti Cəlal Vahab xəbəri təsdiqləmək üçün əlində kifayət qədər informasiya olmadığını bildirib: "Mənə bununla bağlı artıq müraciət ediblər. Lakin mən onu təsdiqləyə bilmərəm. Hələlik heç kim bu təyyarənin qəzaya uğramasına görə məsuliyyəti üzərinə götürməyib".[2] Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov Azərbaycan təyyarəsinin "Taliban" hərəkatının üzvləri tərəfindən vurulduğunu deyib.[3][4][5][6] "Azərbaycan Hava Yolları" QSC-nin baş direktor müavini İlham Əmirov bildirib ki, hava gəmisinin "Taliban" hərəkatı tərəfindən vurulması əsas versiyalardan biridir.[7]
Təyyarənin 9 nəfərlik gəmi heyəti qəza nəticəsində ölüb. Onlardan 4-ü Azərbaycan, 3-ü Özbəkistan və 2 nəfər də Rusiya vətəndaşıdır[8]. Həmin şəxslər aşağıdakılardır[9]:
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |