Baqulallar

Baqulallar, və ya baqvalallar, baqvalilər , kvanadilərRusiya Federasiyasında, Dağıstan Respublikasında andi xalqlarından biri, avarların subetnosu hesab olunur.[3][4][5] Sayları 6 min nəfərdən çoxdur (2002). Boqos dağ silsiləsinin şimal yamaclarında, Tsumada rayonunun Xuştada, Çalo, Talitel, Tlenxori, Tlondoda, Kvanada, Qimerso kəndlərində, eləcə də Axvax rayonunun Tlibişo və Tlisi kəndlərində yaşayırlar. Həmçinin Qızılyurd rayonunun Çalo və s. kəndlərində, eləcə də Xasavyurd və Qızlar rayonlarında məskunlaşmışlar. Baqulal dilində danışırlar, avarrus dilləri də yayılmışdır. Dinləri islamdır.

Baqulallar
Özünüadlandırma
Maqӏarulal
Ümumi sayı
1000 - 10 000
Yaşadığı ərazilər
Rusiya Rusiya 10000
Tsumada rayonu 5300 (2009) [1]
Axvax rayonu 1130 (2009) [2]
Dili

Baqvalin, Avar, Rus

Dini

müsəlman, sünni

Sayı və məskunlaşması

[redaktə | mənbəni redaktə et]

1926-cı ilin siyahıya alınmasına görə SSRİ-də 3054 baquqallar yaşayırdı[6]. SSRİ-də keçirilən sonuncu siyahıya alınmada baqulallar ayrıca etnik qrup kimi nəzərə alınmamış və avarların tərkibinə aid edilmişdir. 1958-ci ilin məlumatlarına görə onların sayı 4500, 1967-ci ilin məlumatlarına görə isə baqulalların sayı 4 min nəfər olmuş[7]. 2002-ci ili siyahıya alınmanın nəticəsinə görə Rusiyada cəmi 40 baqulalı yaşayırdı. Digərləri etnik qrup halında avarların tərkibinə daxil edilmiş.[8]

Baqulallar ayrıca özlərini adlandırmırlar. Baqvallar etnonimi avarlara məxsusdur. Didoy ittifaqına (Sez xalqları) daxil idilər. XV əsrdə ittifaqın parçalanmasından sonra mərkəzi Xuştada kəndi olan Baqulal ittifaqında birləşmişlər. XIV əsrdə islamı qəbul etmişlər. 1921-ci ildə Dağıstan Muxtar Sovet Sosialist Respublikasınin tərkibinə daxil edilmiş.

Ənənəvi mədəniyyətləri Qafqaz xalqları (Asiya) üçün səciyyəvidir. Ortasında ocağı olan birmərtəbəli, birkameralı evlər; kişi yığıncaqları -qyorkyorux, hərfi mənada kişi evi mövcud olmuşdur. Qadınların ənənəvi geyimlərində qara rəng üstünlük təşkil edir. Yun, toxuculuq, mahudçuluq, keçəçilik, corabtoxuma, gümüş, silah, kişi kəmər dəsti, qadın bəzəkləri emalı, daş üzərində oyma - qəbirüstü daşlar inkişaf etmişdir. Folklor janrlarından nağıllar, nəğmələr-lirik, mərasim, məişət, əmək, tarixi, qadın və kişi qruplarının ifa etdiyi rəqslər: xarazul, qyikaba, eşalub və s. məlumdur. 

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

  1. "Цумадинский район". 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-16.
  2. "Ахвахский район". 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-16.
  3. М. М. Ихилов. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine / Дагестанский филиал АН СССР, Институт истории, языка и литературы им Г. Цадасы. — Мх., 1967. — С. 330.
  4. Северный Кавказ. Академия Наук СССР. Институт географии. 1957, — С. 507.
  5. "Всероссийская перепись населения 2010 г. Национальный состав населения Российской Федерации". «Демоскоп». 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-16.
  6. "Всесоюзная перепись населения 1926 года.Национальный состав населения по республикам СССР". «Демоскоп». 2011-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-16.
  7. "THE BAGULALS". eki.ee. 2012-03-18 tarixində arxivləşdirilib.
  8. "Перечень имен народов, выделявшихся при разработке материалов Всесоюзных/Всероссийских переписей 1926 - 2002 гг., и их численность". «Демоскоп». 2014-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-16.