Barin döyüşü — 1137-ci ildə Qüds kralı Foulques tərəfindən komandanlıq edilən xaçlı ordusu Mosul və Hələb atabəyi Nurəddin Zəngi tərəfindən darmadağın edildi.[1] Bu məğlubiyyətlə xaçlılar Barin qalasını daimi olaraq itirdi.
Barin döyüşü | |||
---|---|---|---|
Zəngi-Səlibçi müharibələri | |||
Tarix | 1137 | ||
Yeri | Baarin, Suriya | ||
Nəticəsi | Zəngilərin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
1137-ci ilin əvvəllərində Nurəddin Zəngi Homsun təxminən 15 km şimalındakı Barin qalasını mühasirəyə aldı. Kral Foulques və qərərgahı mühasirəni aradan qaldırmaq üçün qalaya doğru irəliləməyə başlayarkən ordusu Nurəddin Zənginin ordusunun hücumuna məruz qaldı və dağıldı. Döyüşün baş vermə şəraiti barədə o qədər də məlumat yoxdur. Nə Surlu Uilyamın əsərlərində, nə də ərəbdilli mənbələrdə döyüş barədə ətraflı məlumat yoxdur.[2] Lakin xaçlıların ordusunun darmadağın edildiyi məlumdur.
Darmadağından sonra Foulques və sağ qala bilmiş döyüşçülər Barin qalasına qaçdılar. Nurəddin Zəngi yenidən qalanı mühasirəyə aldı. Ərzaq bitdikdən sonra atlarını yeməyə məcbur olan xaçlılar sonra razılığa gəlməyə vadar edildilər. Elə bu döyüş baş verən əsnada, Avropadan böyük bir yeni xaçlı ordusu Bizans imperatoru II İoannis, Antioxiyalı Raymond və Urfalı II Jozelin ordusuna yardım etmək üçün II Səlib yürüşünə çıxdı. Qalaya səlibçi ordusunun yaxınlaşdığını eşidən Nurəddin Zəngi qəflətən qaladakılara təslim aktını verdi.[3] Qalanı boşaldıb azad olmaq üçün 50.000 dinar tələb edildi. Yaxınlaşan kömək ordusu barədə məlumatı olmayan xaçlılar onun tələblərini qəbul etdilər.[3]
1137-ci ilin aprelində II İoannis Komnenos Şayzarı mühasirəyə aldı. Amma onun cəhdləri uğursuz oldu. Xaçlılar heç bir zaman Barin qalasını ələ keçirə bilmədilər.[4]