Qroznı Neft Elmi-Tədqiqat İnstitutunun binası — Qroznı şəhərində Şeyx-Mansur rayonunda 1920-ci ildə tikilmiş bina. Binanın tikintisinin sifarişçi Qroznıda böyük nümayəndəliyi olan İngiltərənin "Shell" neft şirkəti idi. Bina qotika memarlıq üslubunda tikilmişdir.
Qroznı Neft Elmi-Tədqiqat İnstitutunun binası | |
---|---|
| |
43°18′22″ şm. e. 45°40′41″ ş. u.HGYO | |
Ölkə | SSRİ |
Şəhər | Qroznı |
Yerləşir | Şeyx-Mansur rayonu |
Tikilmə tarixi | 1928 |
Üslubu | Qotika |
Vəziyyəti | Qəzalı |
Vikianbarda əlaqəli mediafayllar |
Rusiyada sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları Sovetinin 20 (7) iyun 1918-ci il tarixli "Neft sənayesinin milliləşdirilməsi haqqında" dekreti əsasında müəssisənin əmlakı dövlətin xeyrinə milliləşdirildi. Ancaq Yeni İqtisadi Siyasət dövründə vətəndaş müharibəsindən sonra sənayeni bərpa etmək üçün bolşeviklər tərəfindən yenidən xarici şirkətlər ölkəyə cəlb edildi.[1]. Bu şirkətlərdən biri də, hətta inqilabdan əvvəlki dövrdə də Qroznıda genişmiqyaslı neft istehsalı ilə məşğul olan İngiltərənin "Royal Dutch Shell" şirkəti idi.[2][3] Ancaq yerli tarixçilərə görə, binanın inşası Amerika inşaat şirkəti tərəfindən həyata keçirilmişdir. Bu şirkət Qroznıda daha bir neçə bina tikintisini həyata keçirmişdir. Bunların arasında "Transmaş" zavodundakı keçmiş buxar elektrik stansiyasının binası, kerosin istehsalı üçün iki emalatxana, Qroznının mərkəzindəki Putin prospektindəki Barski evi və İngilis Qalası olmuşdur. Bu binaların arasında əsas bina isə İnstitutun yaradılması üçün əsas tikili olan Qrozneft laboratoriyası idi.[4]
Qroznı Neft Elmi-Tədqiqat İnstitutu Dubinin Qardaşları küçəsində minarə qülləsi ilə bəzədilmiş üç mərtəbəli binada yerləşirdi. Bina kütləvi sovet tikililərindən fərqlənir. Belə ki, burda tağlı dairəvi vestibüllər, sütunlar, böyük pəncərələr vardır.
Binaya minarəyə bənzər tikili məqsədli şəkildə əlavə edilmişdi. Belə ki, o yanğın qülləsi kimi xidmət edirdi. Yanğın təhlükəli obyektlər bir-birinə bitişik ərazidə yerləşirdi. Bina o dövrdə Qroznıda ən hündür bina idi və orada daimi yanğınsöndürmə məntəqəsi var idi. Buradan növbətçi bütün şəhərə baxırdı.
İnstitut 1928-ci ildə bu binada işləməyə başladı. Laboratoriyanın özü zirzəmidə, işçilərin kabinetləri isə birinci və ikinci mərtəbələrdə yerləşirdi.[5]
Qroznı Neft Elmi-Tədqiqat İnstitutu dünyada neft emalı sənayesinin ilk institutlarından biri, SSRİ-də isə ilk neft sənayesi institutu olmuşdur.[6][7]
Birinci və ikinci Çeçen müharibələri zamanı bina ciddi ziyan gördü. Hazırda bina qəzalı vəziyyətdədir. 2020-ci ilin iyun ayına kimi olan məlumata görə baxımsız vəziyyətdədir.