Bartelemi Derblo (fr. Barthélemy d'Herbelot de Molainville; 14 dekabr 1625[1][2], Paris – 8 dekabr 1695[1][2], Paris) — fransız şərqşünası. Şərq əlyazmalarını toplamış, şərq dilləri üzrə katib-tərcüməçi, Kollec de Fransda professor olmuşdur. Bartelemi Derblo Kral kitabxanasında işləmişdir. Şərq kitab xanası, yaxud Şərq xalqları haqqın da bütün biliklərin lüğəti (1697) monumental əsərinin, latınca izahı verilən Ərəb-fars-türk lüğəti və Şərq antologiyası əsərlərinin müəllifidir. Hər iki əsər əlyazması şəklində Paris Milli Kitabxanasında saxlanılır.
Bartelemi Derblo | |
---|---|
fr. Barthélemy d'Herbelot de Molainville | |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Vətəndaşlığı | Fransa |
Milliyyəti | Fransız |
Təhsili | |
Fəaliyyəti | yazıçı, professor |
Vikianbarda əlaqəli mediafayllar |
Kral kitabxanasındakı nadir Şərq əlyazmaları əsasında yazılmış Şərq kitabxanası ensiklopedik lüğətində Azərbaycan ədəbiyyatına dair altı məqalə dərc edilmişdir. Onlardan dördü Nizami Gəncəviyə, biri Xaqani Şirvaniyə, digəri isə Fələki Şirvaniyə həsr olunmuşdur. Həmin məqalələr, hələlik, Avropada Azərbaycan ədəbiyyatına dair ilk yazılı məxəzlər sayılır. Nizami Gəncəvi haqqında məqalələrdə şairin əsərlərinin fransız ədəbiyyatına təsirindən bəhsedilir. Bartelemi Derblonun Nizami Gəncəvinin nisbəsini Gəncəvi yox, Gəncəli kimi yazması onun vətəninin dəqiqləşdirilməsi baxımından təqdirəlayiqdir.