Portuqaliyalı dəniz səyyahları

Lissabon şəhərində Portuqal dəniz səyyahlarının şərəfinə tikilmiş abidə.

Portuqal Səyyahların Coğrafi Kəşfləri (port. Descobrimentos portugueses) - Portuqaliya tarixində mühüm rol oynamış, Afrika qitəsini dövr edərək, ümid burnu vasitəsi ilə Asiyaya doğru hərəkət etmiş və bununla da Asiyaya da yaşayan xalqlarla əlaqə yaratmış Portuqaliyalı səyyahların coğrafi kəşflərinə verilən ümumi ad. Portuqaliyalı səyyahlardan olan Bartolomeu Dias Hindistana gedən dəniz yolunu kəşf etmişdir. Vasko da Qama Hindistana getmiş ilk avropalı olmuşdur. Fernan Magellan isə 1519 - 1522-ci il səyahətləri zamanı yerin dairəvi şəkildə olduğunu sübut etmişdir. Portuqal dəniz səyyahları Portuqaliya krallığının icazəsi və maddi dəstəyi ilə səfərlərə çıxırdılar. Onların qarşılarında dayanan əsas məqsədlərdən biri də yeni ərazilər kəşf etməklə yanaşı krallığını ərazisini genişləndirmək və müstəmləkəçilik siyasətini uğurlu bir şəkildə tətbiq etmək idi. Portuqallar ilk dəfə olaraq Braziliyanı kəşf etmiş və 1542-ci ildə Yaponiya sahillərində lövbər salmışdılar.

Coğrafi kəşflərin səbəbləri

[redaktə | mənbəni redaktə et]

Portuqaliyanın geniş sahil xəttinin olması bu ölkədə çox sayda liman şəhərinin yaranmasına səbəb olmuşdur. Orta əsrlərdə ən yaxşı və dözümlü gəmilər Portuqaliyada hazırlanır, ən peşəkar dənizçilər burada yetişdirilirdi. Coğrafi kəşflər dövründə portuqaliyalılar dünya okeanlarına səyahət etmək gücündə olan iki xalqdan biri olmuşdur. Portuqaliyada ticarətin quru yolu ilə inkişaf etdirilməsinin əlverişsiz olması səbəbindən gəmiçilik sahəsinin dirçəldirilməsində tacirlərin də rolu böyük olmuşdur. Tacirlər dəniz yolları vasitəsi ilə İngiltərə, Fransaİtaliya kimi dövlətlərlə ticarət əlaqəsi yaratmışdılar.

Portuqaliyada çoğrafi kəşflər başlamazdan əvvəl ilk səfərlərin hansı istiqamətdə gerçəkləşdirilməsi barədə müzakirələr aparılmışdır. İlk səfərlər üçün Afrika qitəsi seçilmişdir. Şimali Afrikada müsəlman bərbərlərin yaşaması bu əraziləri müstəmləkələşdirən zaman din faktorundan istifadə etmək imkanı yaratmışdır. Portuqaliyalılar xristianlıq adı altından öz müstəmləkəçilik siyasətlərini həyata keçirməyə başlamışdılar. Çoğrafi kəşflər sırasında yaşanan əsas problemlərdən biri də şərq ticarət yollarının olduqca bahalı olmasında idi. Bu ticarət yolları Cenova və Venesiya kimi dəniz Respublikaları tərəfindən tutulmuşdu.

Bu yollardan istifadə edən xarici gəmilərdən yüksək məbləğdə gömrük rüsumu alındığından əcnəbi tacirlərə bu yollardan istifadə etmək sərfəli deyildi. Quru yolu isə Osmanlı imperiyasının nəzarəti altında idi. Quru ilə aparılan ticarətdə Portuqaliyalı tacirlərə sərf etmirdi. Osmanlı imperiyası onların təhlükəsizlik məsələlərinə zəmanət vermir, əvəzində isə yüksək məbləğdə gömrük haqqı alırdı. Bütün bu problemlər dənizçilərə yeni yolların axtarılıb tapılmasına sövq edirdi. Avropada ən çox təlabat əvdiyyat və baharat mallarına idi.

Portuqaliya iqtisadiyyatı müsəlmanların İspaniyada rəhbərlik etdiyi dövrdə sürətlə inkişaf etmişdir. Əmtəə dövrüyəsi artırılmış, kəndlilərə gördüklərin işlərin əvəzində məmulat yox, pul verilməyə başlanılmışdı. Kənd təsərrüfatından iş bölgüsü prinsipi genişlənmişdi. Müsəlmanlarla aparılan ticarət nəticəsində Portuqaliya xeyli uğurlar əldə etmişdir. Lissabon şəhəri dövrünə görə ən önəmli şəhərlərdən biri hesab olunurdu və Avropada yaşayan alimlər və riyaziyyatçılar bu şəhərdə fəaliyyət göstərməyə və yaşamağa can atırdılar. Portuqaliya imperiyası alimlərin və peşəkar dənizçilərin ölkəyə gəlməsini və burada müxtəlif sahələrdə fəaliyyət göstərməklərini dəstəkləyirdi.

Portuqal karavelası

XV əsrə qədər Portuqaliyalılar yalnız daxili dənizlərdə və çaylarda hərəkət edən kiçik tutumlu gəmilərdən istifadə edirdilər. Belə gəmilərlə, sahildən çox aralanmaq təhlükəli idi və gəmilər uzun müddətli səfərlərə yaramırdı. Barka adlanan bu gəmilərin texniki göstəriciləridə əlverişsiz hesab olunurdu. Barkalar bir yelkəndən ibarət olurdu. Yelkənlərin manevr qabiliyyətinin olmaması gəminin sürətinə və dönmə bacarığına mənfi təsr edirdi. Barkalarla açıq okeana çıxmaq olduqca təhlükəli idi. Şiddətli külək, gəmidə olan təkcə yelkəni qırsa, gəminin hərəkəti tamam dayanırdı. Bu səbəbdən barkalarla uzaq məsafələrə səyahətlər gerçəkləşdirilməmişdir.

Barka tipli gəmilərlə yalnız MadeyraAzor adaları kəşf olunmuşdur. Müasir Mavritaniya ərazisinədə Portuqallar ilk dəfə barkalarla getmişdilər.

Portuqaliyalı dəniz səyyahlarının açıq okeana çıxmaları üçün daha güclü və uzun müddətlik səfərlə davam gətirmək gücündə olan gəmilərə ehtiyacı vardı. XV əsrdən etibarən hazırlanmağa başlayan böyük gəmilər, qısa zamanda gəmiçilərin diqqətini cəlb etdi. Karavella adlanan iri həcmli gəmilər, Çoğrafi kəşflər boyu istifadə olunmuş və 150 kilometdən uzaqda yerləşən istənilən torpaq sahəsi bu tipli gəmilərin köməkliyi ilə kəşf olunmuşdur. Zamanla karavellaların daha muasirləri düzəldidi. XVI əsrdə Portuqaliyada hazırlanan karavellalar 50 - 160 ton ağırlığında olan yükü daşıya bilirdi. Uzun səfərlər üçün nəzərdə tutulan karavellalarda 2 - 6 arası yelkən olurdu.

Bu gəmilərin əsas cəhətlərindən biri küləkin hansı istiqamətdən əsməsinə baxmayaraq, yelkənlərin istiqamətini dəyişməklə nəzərdə tutulan yerə tez bir zamanda çatması idi. Zamanla Portuqaliya imperiyasının donaması üçündə karavellaların hazırlanmasına başlanıldı. Donamada saxlanılan karavellalar daha lüks şəkildə hazırlanırdı. Burada olan gəmilər bir neçə mərtəbədən ibarət olur, gəminin zirzəmi hissəsində həbsxana, bir mərtəbə yuxarıda isə mətbəx belə yerləşirdi. Karavellalar 3 ay heç bir limanda lövbər salmadan rahat şəkildə hərəkət edə bilirdi. Karavellaların yeganə mənfi cəhəti kimi gəmi heyəti üçün yerin dar olmasında idi.

Coğrafi kəşflərin sürətlənməsi və yeni kəşf olunan torpaqlarda müstəmləkələrin salınması ilə daha müasir və lüks gəmilər hazırlanmağa başladı. Əvvəlcə tacirlər üçün hazırlanan iri gəmilər nau adlanırdı. Dəniz quldurluğunun artması nəticəsində aulardan donanmada da istifadə olunmağa başlandı. XVII əsrdən etibarən gəmilərə quldurlardan qorunmaq üçün toplar əlavə edildi, gəmini göyərtə hissəsi bort hissəsinə nisbətən yuxarı qaldırılıdı və gəminin aşağı mərtəbələrində işləyən şəxsi heyətin rahatlığı üçün aşağı mərtəbələrdə dairəvi formada pəncərələr açıldı. Nau tipli gəmilərin yük aparma güçü 200 tondan 500 tona qaldırıldı.

XIII əsrdən ulduzlar vasitəsi ilə istiqamətin müəyyən edilməsini dənizçilərin bilməsinə baxmayaraq, daha çox günəş vasitəsi ilə hərəkət istiqaməti müəyyən edilirdi. Günəşin yüksəkliyi ilə ulduzların yerləşdiyi mövqeyi müəyyən etməyi bacaran Yakobun əsası adlı qurğuda ilk dəfə olaraq Portuqaliyalılar tərəfindən istifadə olunmuşdu. Cənub yarımkürədə kəşflər başlayan zaman ulduzların yer dəyişməsi hərəkətin öncədən təyin olunmasını çətinləşdirirdi. Cənub yarımkürəsində ulduzlar vasitəsi ilə hərəkət istiqamətini ilk dəfə 1471-ci ildə Portuqaliyalı dənizçilər Santarem və Perdo Eskobar tərəfindən müəyyən olunmuşdur.

Portuqaliyalı dənizçilər ilk dəfə olaraq Astronomiya ilə bağlı xəritə və sxemlər hazırlamış və bunu dənizçilik sahəsində tətbiq etmişdilər. AstronomiyaHəndəsə elmləri sahəsində gəmilərin hərəkət istiqaməti və sürəti qısa zamanda hesablana bilirdi. 1496-cı ildə astronom Avraam Zakuto tərəfindən hazırlanmış Almanax Perpetum kitabı, çoğrafi kəşflər zamanı Vasko da QamaPedro Alvarez Kabral tərəfindən geniş istifadə olunmuşdur.

Kral Henrinin tabeliyində olan məşhur xəritəçilərdən biri də Katalon xəritəçisi Avraam Kresuqesin oğlu Yehuda Kresuqes idi. Bu dövrə qədər Portuqaliyada hazırlanmış ən qədim xəritə 1485-ci ildə Pedro Reinel tərəfindən hazırlanmış portalan xəritəsi idi. Xəritədə Qərbi Avropanın bir qismi və Afrika qitəsi əks olunmuş, Dieqo Kao tərəfindən kəşf olunmuş bir çox ərazilərdə xəritəyə əlavə edilmişdi. Reinel ilk dəfə olaraq 1504-cü ildə tərtib etdiyi xəritədə maştabı göstərmişdir. Eyni zamanda xəritənin üzərində hansı ərazilərə şiddətli fırtınaların və ya güclü küləklərin əsməsi ilk dəfə qeyd olunmuşdur.

Pedro Reinelin oğluları Corc Reinel və Lopo Homendə ataları kimi xəritəçi olmuşdur. Onlar uzun müddətli çalışmadan sonra Lopo Homem-Reinés Atlas adlı atlas kitabını 1519-cu ildə nəşr etdirmişdilər. İki qardaş dövrünə görə ən məşhur xəritə hazırlayanlar hesab olunurdu. Bu səbəbdən İspaniya kralı V Karlos qardaşlara İspaniya hərbi donanması üçün xəritə hazırlamağı təklif etdi. Portuqaliya kralı I Manuel İspaniya kralının təklifinin əvəzində Lopo Homenə rəsmi vəzifə verdi və bütün donanmalarda onun tərəfindən tərtib edilmiş kompasdan istifadə etmək barədə əmr verdi. Bununla da Corc Reinel və Lopo Homenin Portuqaliya donanması üçün fəaliyyət göstərəcəkləri dəqiqləşmiş oldu.

Portuqaliya krallığının kralı Gəmiçi Henri

Çoğrafi kəşflər dövründə Portuqaliyanın böyük uğur əldə etməsinin əsas səbəblərindən biri də Gəmiçi Henri adı ilə tanınan Portuqaliya krallığının kralı Henri olmuşdur. Henri kapitanların bütün istəklərinin yerinə yetirilməsi barədə əmr vermiş, ölkədə dənizçilik məktəbi açmışdır. Gəmiçi Henrinin göstərişi ilə Portuqaliya krallığında karavellaların inşa edilməsi üçün gəmi tərsanələri tikilmişdir. Henri tərəfindən mühafizə olunan kapitanlar Afrika və Atlantik okeanın kəşf edilməsinə başladılar. 1433-cü ildə Afrikanın kəşf edilməsi üçün mühüm addımlardan biri Qərbi Səhrada yerləşəm Kabo Bojadurun kəşf edilməsi oldu.

Afrikanın içərilərinə doğru hərəkətə başlayan Portuqaliyalılar ilk əsrlərini tutmağa başladılar. 1434-cü ildə Afrikadan Portuqaliyaya ilk əsrlər gətirildi. 1445-ci ildə SeneqalKabo-Verde kəşf olundu. Kəşf olunan ərazilərə ilk əvvəl Padrao dirəkləri yerləşdirilir, daha sonra isə kaloniyalar yaradılırıdı. 1446-cı ildə Sierra Leone kəşf edildi. Çoğrafi kəşflər təkcə Afrika istiqamətində deyil eyni zamanda qərb istiqamətindədə aparılırdı. Portuqaliyalı dəniz səyyahlarının Kanadanın Yeni Şotlandiya əyalətinin sahillərinə qədər irəlilədiyi ehtimal olunur. Silsilə şəkildə yeni ərazilərin kəşf olunmasında kralın rolu böyük olmuşdur.

Yerli xalq kralın gəmiçilərə və gəmilərə küllü miqdarda pul ayırması səbəbindən onu Gəmiçi Henri adlandırmışdılar. Henrinin ən böyük arzusu Hindistana gedən dəniz yolunun kəşf olunması idi. 1460-cı ildə kralın vəfat etməsi, gəmiçilərə olan marağı azalmasına səbəb olmadı. Artıq 1470-ci ildən etibarən dənizçilər Hindistana gedən dəniz yolunun kəşf olunması uğurunda qızğın işlərə başlamışdılar. Bartolomeu Diasın bu yolu kəşf etməsi və 1498-ci ildə Vasko da Qamanın Hindistan getməsində Gəmiçi Henri tərəfindən görülən işlərin böyük rolu olmuşdur.

Müqavilənin səhifələrindən biri

Azor adaları və Madeyranın müstəmləkələşdirilməsin prosesi davam edərəkən Qvineyadan gətirilən qızıl Portuqaliyada iqtiasdiyyatın güclənməsinə səbəb olurdu. Çoğrafi kəşflərdən maddi baxımdan ən böyük xeyri ilk dəfə Portuqaliyalı dəniz səyyahları götürmüşdülər. Afrikalı ləqəbi ilə tanınan kral V Alfonsonun dövründə Qvineya körfəzi kəşf olunmuş və Qabon sahillərində yerləşən Müqəddəs Katerina boğazına qədər olan ərazilər istila edilmişdi. Mərakeş ərazisinə belə 1471-ci ildə səfərlər təşkil olunmuş və Tanka şəhəri ələ keçirilmişdir. II Xuanın hakimiyyəti dövründə Qvineyada yerləşən ticarət mərkəzlərini qorumaq üçün Elmina şəhəri yaxınlığında Elmina qalasını inşa etdirmişdir.

1492-ci ildə Dieqo Kao Konqonu kəşf etdi və 1486-cı ildə Namibiya ərazisində yerləşən xaç burnuna çatdı. 1488-ci ildə Bartolomeu Dias ümid burnunu gəlməsi Hindistana gedən dəniz yolunu kəşf olunmasına səbəb oldu. 1492-ci ildə Xristofor Kolumbun İspaniya kralının adından səfərə çıxması, Portuqaliyada ciddi narahatçılığıa səbəb oldu. Portuqaliya Çoğrafi kəşflərdən əldə olunan ərazilər və gəlirləri heç bir dövlət ilə bölüşmək istəmirdi. Tərəflər arasında əvvəlcə mübarizə formasında davam edən məsələ qısa zamanda mübahisəyə cevrildi. Portuqaliya dəniz donanmasının İspaniya dəniz donanmasına Qərbi Afrika sahillərində hücum etməsi vəziyyəti daha da gərginləşdirdi.

Hər iki dövlət arasında müharibənin baş verməməsi üçün Roma Papası VI Aleksandr işə qarışdı. Roma Papası VI Aleksandrın töhfəsi ilə 1494-cü ilin 7 iyun tarixində imzalanan Tordesillas müqaviləsi müqaviləsinə əsasən kəşf edilən ərazilər İspaniyaPortuqaliya arasında bölünəcəkdi. Kabo-Verde adasının 370 fərsəng qərbinə qədər olan ərazilərdə tərəflər arasında bölüşdürüldü.

Xristofor Kolumbun Hindistan adı ilə Latın Amerikasını kəşf etməsi barədə müxtəlif iddialar vardır. Bir ehtimala görə Xristofor Kolumb Portuqaliya krallığının gizli agentidir və çoğrafi kəşflərdə Portuqaliyadan geri qalan İspaniyanı zəiflətmək üçün bilərəkdən Amerikaya getmişdir. Həmin dövrdə hər iki dövlət xəritə və sxemləri gizli şəkildə mühafizə etdiyi üçün bu iddianın doğru olmaması ehtimalı çox böyükdür. Digər tərəfdən Xristofor Kolumbun Portuqaliyalılara qarşı mənfi münasibətdə olması və Kolumbun İspaniya kralına sədaqət andı içməsi belə bir fikri istina edir.

Portuqaliya krallığının coğrafi kəşflər zamanı kəşf olunan ərazilər barədə məlumatları gizli saxlamaq və ya bu barədə yalan məlumat vermək siyasəti vardı. Bununla İspaniyanın coğrafi kəşflərdə zəif olan mövqeyi daha da zəiflədilirdi. Bu səbəbdən BraziliyaAfrika qitəsində kəşf edilən bir çox ərazilər əslində daha əvvəlcədən kəşf olunmuş, lakin bu barədə olan məlumatlar gizli saxlanılmışdı. Bartolomeu Dias, Fernan Magellan, Vasko da QamaDieqo Kao kimi səyyahların Portuqaliya krallığından bəzi gizli tapşırıqlar alması və bəzi səyyahətlərin dənizçi dəftərlərində qeyd edilməməsi məlumdur.

Səyahətlərin xronologiyası

[redaktə | mənbəni redaktə et]
Səyahətlərin xronologiyası