Basaral — Balxaş gölünün cənub-qərbində yerləşən ada. Mınaral kəndindən 2,5 km aralıda qərarlaşır. İnzibati cəhətdən Jambıl vilayəti Moyumqum rayonu ərazisinə daxildir[1]. Adanın uzunluğu 12 km, eni 8 km təşkil edir. Maksimal hünfürlüyü 393 metrdir. Sahilləri daşlı, sıldırımlıdır. Şimalı olduqca parçalıdır. Daş kömür dönəmində formalaşmışdır. Ərazisində bitən əsas bitkilər: Anabasis salsa, Xostək və s.
Basaral | |
---|---|
qaz. Басарал | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 393 m |
Əhalisi | 0 nəfər (2009-cu il) |
Yerləşməsi | |
45°28′11″ şm. e. 73°43′55″ ş. u.HGYO | |
Ölkə | Qazaxıstan |
Akvatoriya | |
|