Basileti Kutaisi quberniyasının Ozurqeti qəzasında (indi Çoxatauri rayonunda) kənd adı.
Basileti- Kutaisi quberniyasının Ozurqeti qəzasında (indi Çoxatauri rayonunda) kənd adı. Qədim türk mənşəli Basil tayfasının adını əks etdirir. Basillər bulqarların tayfalarından biridir. Erkən orta əsrlərdə basillər xəzərlərlə qonşu idilər. İlk dəfə I əsr müəllifi Plini Şimali Qafqaz çöllərində bu tayfanın adını basilidlər kimi qeyd etmişdir. Bəzi tədqiqatçılar Şimali Qafqazda mənbələrdə Bersilia, Bersula, Barsila kimi çəkilən əyalətin (Borçalı adı da bura daxildir) adını bu tayfa ilə əlaqələndirirlər. Dağıstanda Başlıçay və Başlıkənd toponimlərində əksini tapmışdır. Ehtimal ki, Gürcüstan ərazisinə xəzərlərin tərkibində gəlmişlər. Mənbələrdə isə xəzərlərin və basillərin Kür çayının sahillərində səpələndikləri göstərilmişdir.[1]