Baskervillərin iti

Baskervillər iti (ing. The Hound of the Baskervilles) — Artur Konan Doylun Şerlok Holms haqqında əsərləri seriyasından detektiv povest. Povestin məzmunu macəra xarakterlidir.

Baskervillərin iti
ing. The Hound of the Baskervilles
Romanın azərbaycanca 2014-cü il nəşrinin üz qabığı
Romanın azərbaycanca 2014-cü il nəşrinin üz qabığı
Müəllif Artur Konan Doyl
Janr Detektiv
Orijinalın dili İngiliscə
Ölkə
Orijinalın nəşr ili 19011902
Tərcüməçi 1958: Beydulla Musayev
2014: Samir Bulut
Nəşriyyat Qanun
Səhifə 243
2014: 260
Növ Povest
Tiraj 1000
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Romanın azərbaycanca 2007 nəşrinin üz qabığı

Povest ilk dəfə 1901-ci ilin avqust ayından 1902-ci ilin aprel ayına kimi “Standart Magazine” aylıq jurnalında çap olunmuşdur.

Dünyada illər boyu detektiv janrda mötəbər mövqe tutan Artur Konan Doylun “Baskervillərin iti” romanının süjet xəttini – varis Çarlz Baskervilin müəmmalı ölümü təşkil edir. Bu cinayət barədə, İngiltərənin Devonşir qraflığının Qrimpen kilsəsinin həkimi Ceyms Mortimer Şerlok Holmsa xəbər verir. Məşhur xəfiyyə Şerlok Holms və onun dostu, həm də köməkçisi, doktor Uotson bu qətl hadisəsini tədqiq edirlər. Hadisələr – 1889-cu ilin sentyabr-oktyabr aylarında baş verir…[1]

Tərcümə və nəşr

[redaktə | mənbəni redaktə et]
  • Artur Konan Doyl, Baskervillərin iti; “Macəra kitabxanası” seriyası; V cild, tərc.: Beydulla Musayev; Bakı, “Uşaqgəncnəşr”, 1958, 320 səh.
  • Artur Konan Doyl, Baskervillərin iti Povest və hekayələr.; tərc.: B. Musayev; Bakı, Gənclik, 1980
  • Artur Konan Doyl, Baskervillərin iti; tərc.: B. Musayev; uşaqlar üçün işləyən. R.İsmayılov; red. P. Allahverdiyeva; rəs. E. Cabbarov. - Bakı : Altun kitab, 2007, 2010. - 128 s.
  • Artur Konan Doyl, Baskervillərin iti; tərc: Samir Bulut; Bakı, Qanun Nəşriyyatı, 2014. 260 səh.
  1. "Artur Konan Doyl – Şerlok Holmsun macəraları. BASKERVİLLƏRİN İTİ" (az.)). qanun.az. 2016-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]