Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu — Azərbaycanda İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən tarix mədəniyyət qoruğu.

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu
Tarixi Basqal meydanında yerləşən qoruğun binası
Tarixi Basqal meydanında yerləşən qoruğun binası
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 1989
Tabelik Qoruqları İdarəetmə Mərkəzi
Ünvan İsmayıllı rayonu, Basqal qəsəbəsi
Rəhbərlik
direktor Günay Rzayeva
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qoruğun ərazisində bir neçə tarixi abidə, qədim mülklər qorunur. Bundan başqa burada bir muzey də fəaliyyət göstərir.

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu 1989-cu ildə yaradılıb. Sahəsi 76 hektardır.[1]

Qoruğun ərazisində orta əsrlərə aid Basqal qalası, Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi küçələr və Bazar meydanı yerləşir. Bundan başqa burada IX–XIX əsrlərə Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, Basqal hamamı və tarixi mülklər qorunur.[1]

1531-ci ilə aid edilən Şeyx Məhəmməd məscidi Pir çinar, Pir bulaq və orta əsrlərdə salınmış Xarabiyan qəbiristanlığı ilə kompleks təşkil edir.[1]

Qoruğun ərazisində XVI–XVII əsrlərə aid Basqal hamamı bərpa olunub və hazırda Hamam muzeyi kimi fəaliyyət göstərir. Muzeyin kolleksiyasında hamama getmək və hamamda çimmək ənənələrini əks etdirən bir çox qədim əşyalar var.[2]

  1. 1 2 3 ""Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu". www.heritage.org.az (ingilis). 2024-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-11.
  2. Şükürov, Vahid. "Basqal hamamı: tarixi məkan, memarlıq və mədəni irs". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2024-04-18. 2024-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.