Hacı Bədəl məscidi

Hacı Bədəl məscidi - XIX əsrə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanda "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşir.

Hacı Bədəl məscidi
Xəritə
40°45′20″ şm. e. 48°23′25″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər İsmayıllı
Yerləşir Basqal
Tikilmə tarixi 1848
Vəziyyəti stabil
İstinad nöm.4467
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Hacı Bədəl məscidi 1854-cü ildə Basqal qəsəbəsinin Dəmirçibazar məhəlləsində tikilib.[1][2] Məscidin sifarişçisi Hacı Bədəl Məşədi ağa oğlu olub. Basqalın Qoşabulaq məhəlləsindən olan Hacı Bədəl məscidi qızı Sitarə xanımın şərəfinə inşa edib.[3] Məscidin tikinti işlərinə Allahi və Məşədi Səttar adlı bənnalar rəhbərlik ediblər.[1]

Məscidin həyətində türbə də yerləşir. Burada Seyid Ümbülbanu adlı şəxs dəfn edilib.[4] Deyilənə görə, o, İmam Cəfər Sadiqin (ə.s) nəslindən gəlib.[5] Türbənin giriş qapısındakı kitabədə Seyid Ümbülbanunun 1855–1898-ci illərdə yaşadığı və türbə dəfn olunduğu qeyd edilib.[6]

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[7] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[8] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[8][9] Hacı Bədəl məscidi də bu dövrdə ibadətə bağlanıb. Əvvəlcə binada toxucu dəzgahları yerləşdirilib və bina kəlağayı sexi kimi fəaliyyət göstərib.[10] İkinci Dünya müharibəsindən sonra isə binadan Kənd istehlak cəmiyyətinin anbarı kimi isifadə olunub.[11] 1985-ci ildə məsciddə əsaslı təmir-bərpa işləri aparılıb. Çürüməkdə olan tavan, məscidin döşəməsi, həyətin daş örtüyü yenilənib.[10] 1989-cu ildə məscidin də daxil olduğu ərazidə "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.[12][13]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 1991-ci ildə məscid təkrar dindarların istifadəsinə verilib.[14] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[15]

Məscidin tavanı taxtadan, döşəməsi isə daşdandır.[3] Damı dəmir təbəqə ilə örtülüb. Məscidin daxilində iki tağvari və altı düzbucaqlı formada pəncərə var.[16] İbadət zalı iki qadınlar və kişilər üçün olmaqla iki hissədən ibarətdir. Qadınlar şöbəsi əsas zalda düzəldilən taxta eyvanda yerləşir. İbadət zalının tutumu 200 nəfərdir. Minbəri taxtadan düzəldilib.[16] Mehrabı isə Basqal xəttatları tərəfindən müxtəlif naxışlarla bəzədilib.[3] Mehrabda, həmçinin göyərçin fiquru üzərində ərəbcə bir neçə dəfə "Əli" adı yazılıb. Bu yazı güzgü effekti ilə birləşərək "Məhəmməd" adını əmələ gətirir.[3] Məscidin bir günbəzi və bir minarəsi var. Günbəzin hündürlüyü 4 metrdir.[16]

  1. 1 2 Əliyeva, Həbibə; Xəlilli, Fariz. Basqal epiqrafikası. I kitab-albom (az.). I. Bakı: Elm və təhsil nəşriyyatı. 2019. 27. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
  2. Babayev, Tofiq; Şahbazov, Tahir. Basqal: tarixi-etnoqrafik tədqiqat (az.). Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu. 2017. 143. ISBN 978-9952-516-04-3. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
  3. 1 2 3 4 Muradzadə, Aynurə. "Qədim və müasir sima - Basqal". 525-ci qəzet. 2023-05-02. İstifadə tarixi: 2024-09-09.
  4. Əliyeva, Həbibə; Xəlilli, Fariz. Basqal epiqrafikası. I kitab-albom (az.). I. Bakı: Elm və təhsil nəşriyyatı. 2019. 34. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
  5. "İsmayıllı rayonu Hacı Bədəl məscidi". sirat.az. 2021-11-04. 2023-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
  6. Babayev, Tofiq; Şahbazov, Tahir. Basqal: tarixi-etnoqrafik tədqiqat (az.). Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu. 2017. 146. ISBN 978-9952-516-04-3. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
  7. Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  8. 1 2 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 141. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  9. Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
  10. 1 2 Babayev, Tofiq; Şahbazov, Tahir. Basqal: tarixi-etnoqrafik tədqiqat (az.). Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu. 2017. 144. ISBN 978-9952-516-04-3. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
  11. Hüseynov, Miryavər. Basqal və Basqallılar (az.). Bakı. 2015.
  12. ""Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğuna mediatur təşkil edilib". medeniyyet.az (az.). 2022-08-14. 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
  13. ""Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu". www.heritage.org.az (ingilis). 2024-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
  14. Babayev, Tofiq; Şahbazov, Tahir. Basqal: tarixi-etnoqrafik tədqiqat (az.). Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu. 2017. 145. ISBN 978-9952-516-04-3. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
  15. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  16. 1 2 3 Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 146. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).