Batler kitabxanası — Nyu York şəhərinin Manhetten bölgəsinin 114-cü küçəsində Kolumbiya Universitetinin kampuslarından biri olan Morninqsayd Heyghtsdə yerləşir. 2 milyondan çox fondu olan bu böyük kitabxana universitetin vahid kitabxanası olmaqla yanaşı, eyni zamanda kampusdakı ən böyük binalardan biridir.[1] Bina 1931–1934-cü illərdə Ceyms Qamble Roqers tərəfindən Neoklassik üslubunda hazırlanaraq inşa edilmişdir.[2]
Kitabxana 1931–1934-cü illərdə tikilib və Ceyms Qamble Roqers tərəfindən Neoklasik üslubda dizayn edilib və Yel universitetinin yaşayış sistemi və Harvard evlərinin donoru olan Kolumbiya məzunu Eduard Harknes tərəfindən maliyyələşdirildi. Əvvəlcə "Cənub salonu" adlanırdırılan kitabxana 1946-cı ildə Kolumbiya Universitetinin 1902–1945-ci illərdəki rektoru Nikolas Murrey Batlerin şərəfinə Batler olaraq dəyişdirildi. İlk öncə Memorial Kitabxanasını genişləndirmək planlarının nəticə vermədiyini görən Butler yeni bir kitabxana binası təklif etdi. Batler kitabxanasında 1995–2009-cu illər arasında bir neçə mərhələdə tamamlanan əsaslı təmir işləri aparılmışdır.[3]
Kitabxananın fasadında iyon sırası ilə yuxarıda yazıçıların, filosofların və mütəfəkkirlərin adları yazılmış sütun var. Beləki binanın önündə Homer, Herodot, Sofokl, Platon, Aristotel, Demosfen, Siseron, Vergilin, sağında Migel de Servantes, Uilyam Şekspir, Con Milton, Volter, Yohann Volfqanq Götenin, solunda isə Kvint Horas Flak, Tasit Korneli, Avqustin Avreli, Dante Aligyerinin adları yazılmışdır.[4]
Giriş lobbisindəki Videbimus Lümen (universitetin devizi olan "işiğın içində işığı görürük") adlı böyük divar kağızı 1934-cü ildə Yugin Sevig tərəfindən çəkilmişdir. Kompozisiya kampusun mərkəzində Alma Materin büyük heykelini yansıdan Athenanın fiqurunu əks etdirir. Divarda sosial mübarizəyə, faşizmə, Kolumbiya və New York şəhərinin[5]memarlığına dair məlumat lövhəsi mövcuddur. Batler kitabxanası tədris ili ərzində 24 saat açıq qalır.[6]