Batum müqavilələrinin (1918, 4 iyun) konkret detalalları üzrə razılaşdırılmış sazişlər. Bakı-Batum neft kəmərinə aid saziş Osmanlı imperiyası ilə Azərbaycan və Gürcüstan arasında, dəmir yollarına aid ikinci saziş isə dörd dövlət- Cənubi Qafqaz respublikaları ilə Osmanlı imperiyası arasında imzalanmışdı.[1]
Osmanlı imperiyası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında “Sülh və dostluq” müqaviləsinə əlavə olaraq, 1918-ci il, iyunun 14-də Batumda daha iki saziş imzalandı. Birinci sazişdə 4 iyun müqaviləsinin Almaniyaya və Avstriya-Macarıstana da aid olduğu bildirilir, Osmanlı öz üttəfiqləri tərəfindən Azərbaycanın müstəqilliyini tanınacağı barədə öhdəlik götürürdü. İkinci sazişə görə, Dördlər İttifaqı ilə müharibə edən ölkələrin hərbi və mülki məmurları təcili olaraq respublika ərazısındən çıxarılmalı və bu ölkələrin zabitləri hərbi xidmətə qəbul edilməməli idi. Osmanlı hərbi komendantlığı Azərbaycan dəmir yolundan hərbi məqsədlərlə istifadə hüququ alırdı.[2]
Gəncədə 1918-ci il, iyulun 14-də Osmanlı dövləti hərbi dəmir yolları və limanları baş idarəsinin rəisi İsmayıl Hakkı paşa və Azərbaycan ticarət və sənaye naziri Ağa Aşurov 5 maddədən ibarət müqavilə imzalamışdılar. Müqaviləyə görə, Azərbaycan Hökuməti Osmanlı imperiyası hökuməti qarşısında dəmir yollarını və dəniz gəmiçiliyini neft və neft məhsulları ilə təmin və təchiz edilməsini öhdəsinə götürürdü, I Maddə Bakı və neft rayonu Azərbaycan hökumətinin tabeliyinə keçdiyi andan qüvvəyə minirdi, neft və neft məhsullarının qiyməti və texniki şərtlər Batum müqavilələrinə (1920) uyğun olaraq yaradılmış qarışıq komissiya tərəfindən hesablanmalı idi, Osmanlı hökumətinə verilən yanacağın əvəzində qısa müddətdə Azərbaycan hökumətinin hesabına kredit olaraq, 500 min türk lirəsi verilməli idi və s.[2]
Həmin tarixdə İsmayıl Hakkı paşa, Azərbaycanın yollar naziri Məlik-Aslanov vı Xarici İşlər Naziri Məhəmməd Həsən Hacınski 7 maddədən ibarət digər bir müqavilə də imzalamışdılarş Müqaviləyə görə, Azərbaycan yolları 5 il müddətinə Osmanlı dövlətinin istifadəsinə verilirdi. Azərbaycan hökuməti respublikanın bütün yollarının daşınar və daşınmaz əmlakını, bütün materiallarını Osmanlı hökümətinə verirdi. Dəmir yolları Osmanlı baş idarəsitərəfindən yaradılan müəssisələr və qulluqçular tərəfindən onun vəsaiti ilə idarə olunmalı idi. Dəmir yollarının ilkin gəlirinin 75 faizi Azərbaycan hökumətinə verilməli idi, hərəhət heyətinin və digər materialların təhsil-təslimi qarışıq komissiya tərəfindən tədricən həyata keçirilirdi. Türk qulluqçuları Gəncəyə gələn kimi Azərbaycan hökuməti müvafiq komissiya yaratmalı və təhvil-təslim aparmalı idi. Müqavilələr imzalandığı andan qüvvəyə minirdi.[1]