Batumi məscidi

Batumi məscidi (gürc. ბათუმის მეჩეთი) — Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində yerləşən məscid.

Batumi məscidi
gürc. ბათუმის მეჩეთი
Xəritə
41°38′55″ şm. e. 41°38′38″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Şəhər Batumi
Yerləşir Kutaisi küçəsi
Aidiyyatı İslam
Tikilmə tarixi 1886
Minarələri 1
Günbəzləri 1
Vəziyyəti fəaliyyət göstərir
TipiCümə məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Batumi məscidi gürcü mənşəli müsəlman zadəgan — Aslan-bəy Ximşiaşvilinin ailəsinin sifarişi ilə 1886-cı ildə tikilib.[1] Batumi məscidi hazırda mövcud olmayan Əzizə camisi ilə Əhməd-paşa camisi arasında ucaldıldığından, onu Orta cami də adlandırırlar. 1932-ci ildən 1946-cı ilədək sovet hakimiyyəti tərəfindən bağlanan məscid, 1946-cı ildə yenidən fəaliyyətini bərpa edib.[2]

rəngdə olan məscid iki mərtəbədən ibarətdir. Bir minarəqızılı rəngli günbəzə malikdir. Məscidin divarları Laz qardaşları tərəfindən naxışlarla bəzədilib. Batumidə fəaliyyət göstərən yeganə məsciddir.

  1. "Batumi today". 2009-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-02.
  2. Batumi: sights Arxivləşdirilib 2019-03-17 at the Wayback Machine. Official website of Batumi. Retrieved on May 10, 2009