Bauman küçəsi (Kazan)

Bauman küçəsi (tat.: Bauman uramı) — Tatarıstanın Kazan şəhərinin tarixi mərkəzində yerləşən piyada küçəsi. Küçə Kazan Kremlindən başlayaraq Minillik Meydanından keçib cənub şərqə doğru Tukay meydanına qədər uzanıb burada Puşkin küçəsi ilə kəsişir.[2][3][4]

Bauman küçəsi
Ümumi məlumatlar
Ölkə
Region  Tatarıstan
Şəhər Kazan
Poçt indeksi 420111[1]

Bauman küçəsi Kazanın ən qədim küçələrindən biridir. Kazan xanlığının dövründə bu küçə Noqay yolu adlanırdı. 1552-ci ildə İvan Qroznının başçılığı ilə Moskva qoşunları Kazan Kremlinə hücum edəndə küçə boyunca olan cənub və şimal divarları partlayışlarla yarıldığı üçün küçə sonradan "Проломной", sonradan isə "Большой Проломной" adlandırılıb.[4] XVI əsrdə küçənin şimalındakı mövcud tikintilərə davam edirlər, küçənin cənubunda isə sonradan burada tikilmiş kilsənin şərəfinə Boqoyavlenskiy adlı yaşayış yeri yaranır. 1930-cu ildə küçə əslən Kazandan olan inqilabçı Baumanın şərəfinə adlandırılıb.[4] Sovet İttifaqı dağıldıqdan sonra küçənin adını dəyişdirərək Şalyapin qoyulması təklif edilsə də küçə hələ də Bauman küçəsi adlanır.

1986-cı ildə küçə Kazanda ilk piyada küçəsi olur.[4] 1990-cı illərin əvvəllərində isə küçədə təmir bərpa işləri aparılır. Bunlara qədər isə küçədə 1899-cu ilə qədər konka, 1935-ci ilə qədər isə tramvay hərəkət edib. Sonradan isə 1948-ci ildə şəhərdə salınmış ilk trolleybus xətti ilə 1,4 nömrəli trolleybuslar və bir neçə avtobus marşrutları da küçə ilə hərəkət ediblər.[3]

Hazırkı vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Bauman küçəsi ticarət və əyləncə küçəsidir. Burada çoxlu dükanlar, restoranlar, abidələr, fəvvarələr və digər görməli tarixi əhəmiyyətli binalar mövcuddur. Küçədə ənənəvi olaraq Respublika və şəhər günlərində kütləvi tədbirlər keçirirlir. Bundan başqa burada Gülüş günü, bəzi musiqi və rəqs təbirləri, teatr tamaşaları keçirilir. Küçədə rəssamlar öz xidmətlərini təklif edir, müxtəlif küçə musiqiçiləri musiqilər ifa edirlər. Küçənin uzunluğu 1885 metrdir.[3]

Küçədə yerləşən görməli yerlər

[redaktə | mənbəni redaktə et]
  1. http://index.kodifikant.ru/ru/16000001000012100.
  2. "Улица Баумана в Казани" (rus. ). kp.ru. 5 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2020.
  3. 1 2 3 "Казанский арбат – улица Баумана" (rus. ). kazan-guide.ru. 30 avqust 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2020.
  4. 1 2 3 4 "История улицы Баумана" (rus. ). kazantravel.ru. 14 dekabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2020.