Süyümbikə minarəsi

Süyümbikə minarəsi[1] (rus. Башня Сююмбике, tatar. Сөембикә манарасы, Sөyembikə manarası) — Kazan Kremlinin ərazisində yerləşən qüllə. İtaliyada yerləşən məşhur Piza qülləsi kimi Süyümbikə minarəsi də "Yıxılan qüllə"lərdəndir. Hal-hazırda Süyümbikə minarəsi şimal-şərq istiqamətinə əyilib. Onun ucunun şaquli xəttindən məsafəsi təxminən 2 m təşkil edir.

Süyümbikə minarəsi
tatar. Сөембикә манарасы, Sөyembikə manarası
rus. Башня Сююмбике
Xəritə
55°48′01″ şm. e. 49°06′18″ ş. u.HGYO
Ölkə  Rusiya
 Tatarıstan
Şəhər Kazan
Yerləşir Kazan
Aidiyyatı Kazan Kremli
Tikilmə tarixi 1645
Hündürlüyü 58 m
İstinad nöm.1610053007
KateqoriyaQüllə
Süyümbikə minarəsi (Rusiyanın Avropa hissəsi)
Süyümbikə minarəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Süyümbikə minarəsi salınma tarixi indiyənə kimi naməlum olaraq qalır. Bəzi alimlər minarəni XVII—XVIII əsrlərə aid olduğunu söyləsələrdə, digərləri onun XVI əsrin ikinci yarısında inşa olunduğunu bildirirlər. Bəzi alimlər isə (məsələn, Nikolay Zaqoskin) Süyümbikə minarəsi Kazan xanlığı dövründə, yəni 1552-ci ilə qədər, ucaldılmasının tərafdarıdılar.

Minarənin inşaası barədə heç bir tarixi sənəd dövrümüzə qədər gəlin çıxmayıb. Kazanın XVI—XVII əsrlərdə idarəsi haqqda olan sənədlər 1701-ci ildə Moskva yanğını nəticəsində yanmışdır, Kazan xanlığı dövrünə aid tatar sənədləri isə Kazan şəhərinin işğalı nəticəsində məhv olmuşdular.

1730-cu ildə Süyümbikə minarəsinin ucunda ikibaşlı qartal heykəli ucaldılır. 1918-ci ildə minarə tatar müsəlman icmasına verilir və ikibaşlı qartal aypara ilə əvəzlənir, lakin 1930-cu ildə dövlətin dinə qarşı olan siyasəti nəticəsində aypara yığışdırılır və yalnız 1980-ci illərin axırlarında, yenidənqurma dövründə, bərpa edilir.

Yazılı mənbələrdə ilk dəfə 1777-ci ildə qeyd olunur[2].

Süyümbikə minarəsi haqqında bir neçə əfsanə dolaşır. Onlardan biri qüllənin 1549-cu ildə Söyümbikə adlı qadın hökmdar tərəfindən vəfat etmiş əri Səfa-Gərayən şərəfinə ucaldığını söyləyir. Digəri isə qüllənin 1552-ci ildə çar İvan Qroznı tərəfindən və Söyümbikənin xahişi ilə ucaldığını söyləyir. Əfasənə görə İvan Qroznı Söyümbikə ilə evlənmək istəyir, ancaq Süyümbikə özünü minarənin yeddinci qatından atır.

1907-cu ildə Məcid Qafuri Süyümbikə minarəsi haqqında eyniadlı şer bəsləyir[3].

  1. Kazanın bütün gözəllikləri әks etdirilib
  2. «План Казанской крепости по большом масштабе снят и сочинен 1777 г.» // РГВИА. — Ф. 349. — Оп. 17. — Д. 212.
  3. "Ramiz Əskər. Türk xalqlari ədəbiyyatı oçerkləri. Bakı, 2011". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-19.