Bayan monastırı

Bayan monastırıDaşkəsən rayonunun Bayan kəndində yerləşən qədim alban monastırı.

Bayan monastırı
Ölkə  Azərbaycan
Şəhər Daşkəsən
Yerləşir Bayan
Aidiyyatı Alban Həvari Kilsəsi
Tikilmə tarixi IV-V əsrlər
İstinad nöm.4185
KateqoriyaMəbəd
ƏhəmiyyətiYerli əhəmiyyətli
Bayan monastırı (Azərbaycan)
Bayan monastırı
Monastırın planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bayan monastırının IV–V əsrlərdə tikildiyi güman edilir. Məbəd hazırda qəza vəziyyətindədir və uçmaq təhlükəsi ilə üz-üzədir.

Ərazi baxımından rayonda olan digər monastırlardan böyüklüyü ilə seçilən tikilinin əsas binasından başqa həyətdə çoxlu sayda otaqlar, sədd divarları, təsərrüfat damları və çay daşlarından tikilmiş xeyli sayda quyular var. Mərkəzdə böyük bir meydan yerləşir. Bu isə vaxtilə burada dini ayinlərin keçirildiyini deməyə əsas verir.

Monastırın özü ağ və qırmızı rəngli qaya daşlarından inşa olunub. Sütunların inşasında istifadə olunan daşların üzərinə döyülən xaç işarələri bu günədək qalmaqdadır. Daşların üzərində alban əlifbası ilə yazılmış kiçik kitabələr də var.

Məbədin inşası zamanı səs akustikasını yaratmaq üçün divarlarına içi boş küplər yerləşdirilib. Bunun qızıl küpləri olacağını güman edənlər tarixi əhəmiyyətli abidənin divarlarını uçurmaqdan və ətrafını qazmaqdan belə çəkinməyiblər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]