Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Çiçərvəng məbədi (həmçinin: Cicərvənd, Çiçirəvan) ― Daşkəsən rayonunun Bayan kəndində yerləşən məbəd.
Çiçərvəng bazilikası | |
---|---|
40°33′41″ şm. e. 46°08′57″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Daşkəsən |
Yerləşir | Bayan |
Tikilmə tarixi | XV əsr |
Üslubu | bazilika |
İstinad nöm. | 4181 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Çiçərvəng məbədi Daşkəsən şəhərindən təxminən 20 kilometr aralıdadır. Məbədə gedən yolun 1,5 km qeyri-qənaətbəxşdir və məbədin harada yerləşməsi haqqında heç bir müvafiq göstərişli nişanlar yoxdur. Məbədin sahəsi 500 kv.metrdir. Məbəd albanlara məxsus olmuşdur və tikilmə tarixi 15 əsrə aid edilir. Qalınlığı təxminən 1 metr olan divarlar əvvəlki görkəmində qalsa da, bəzi hissələrdə sonradan təmir işlərinin aparılmasını istisna etmək olmaz. Məbədin indiyədək uçub dağılmayan və toxunulmayan hissələrində xristianlıqla bağlı dini işarələr bu gün də qamaqdadır. Məbədin damından ətrafı aydın görmək mümkündür. Burada olan ocaq yerləri isə onu deməyə əsas verir ki, bu məbəd həm də istehkam xarakteri daşıyıb. Yadelli işğalçılara qarşı birgə mübarizəni təşkil etmək üçün məbədin damında ocaqlar qalanıb. Abidənin üzərində alban memarlığına məxsus naxışlar mövcuddur.
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Məbəd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |