Bayanaul Milli Parkı (qaz. Баянауыл ұлттық паркі; rus. Баянаульский национальный парк ) ― Qazaxıstanın Pavlodar vilayətinin cənub-şərqində, sənaye baxımından inkişaf etmiş Ekibastuz şəhərindən 140 kilometr məsafədə, Mərkəzi Qazax dağlarının yamacında yerləşən milli park. 1985-ci ildə yaradılmış Bayanaul Milli Parkı Qazaxıstanın ilk milli parkı olmuşdur. Park Bayanaul dağ silsiləsində tapılan təbii flora və faunanı qorumaq və bərpa etmək üçün yaradılmışdır. Parkın ümumi sahəsi 68 453 hektardır.
Bayanaul Milli Parkı | |
---|---|
Sahəsi |
|
Yaradılma tarixi | 12 avqust 1985 |
Yerləşməsi | |
50°48′ şm. e. 75°36′ ş. u.HGYO | |
Ölkə | |
Yerləşməsi | Pavlodar vilayəti |
Yaxın şəhər | Ekibastuz |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Park Qazaxıstan alçaq təpəliyində yerləşir. Bu dağlar Paleozoy dövründə formalaşmışdır. Bayanaulun ən yüksək nöqtəsi Akbet dağıdır (1 027 m). Rəvayətə görə, dağ sevmədiyi birinə ərə verildiyi üçün özünü dağın zirvəsindən atan Akbat adlı qızın şərəfinə belə adlandırılmışdır.
Parkın ərazisində nisbətən böyük ölçülü dörd şirin su gölü var: Sabındikol, Jasıbay, Torayqir və Birjankol. Bunların xaricində ərazidə bir çox kiçik göl daha mövcuddur və bunlardan bəziləri quru mövsümdə xeyli dayazlaşır.
Parkda dörd növ bitki örtüyünə rast gəlmək mümkündür: meşə, meşə-çöl, çöl və çəmən.
Parkın florası Bayanaul şamı və qızılağac da daxil olmaqla 460 növdən ibarətdir. Parkın cüzi bitki örtüyünə sahib yarım-səhranın ortasında yerləşdiyi nəzərə alınarsa, buradakı bitki örtüyünün müxtəlifliyi təəccüblüdür. Milli parkda tozağacı, şam və qızılağacla yanaşı moruq, itburnu, qarağat və yemişan kimi kol və giləmeyvələr də yetişir. Çəmənliklərdə yabanı çiyələklər, meşələrdə isə göbələklər böyüyür. Parkda qara qızılağac və qaya qarağatı da daxil olmaqla 50-dək relikt bitki növü var.
Bayanaul Milli Parkında arxar, cüyür, porsuq və sincab da daxil olmaqla 40 növ məməli və 50-ə yaxın quş yaşayır. Park xüsusilə qorunmaya ehtiyacı olan və Qırmızı Kitaba daxil edilmiş nadir və nəsli kəsilməkdə olan arxar populyasiyası ilə tanınır.
Parkdakı quşlar arasında durna, qu quşu, vağ və dovdaq var. Qeyd edilmiş yırtıcı quşlara qartal və çalağan daxildir.
Bayanaulun iqlimi isti yayı olan rütubətli kontinental iqlim olaraq təsnif edilmişdir. Bu iqlim yüksək mövsümi teperatur fərqliliyi və isti yay ilə xarakterizə olunur.[1][2] Parkdakı orta illik temperatur 3,2 °C-dir. Yanvar aynın orta temperaturu -13,7 °C, minimum termpetauru isə -17,8 °C-dir.
İyulun orta temperaturu 14,6°-dir və maksimum 32,6 °C-ə çatır. Əraziyə düşən illik yağıntı miqdarı 340 mm-dir.
Ərazisi üçün kontinental iqlim xarakterik olsa da, Bayanaulda adətən Pavlodar vilayətinin çöl bölgələrində yayılmış güclü külək və toz fırtınaları olmur.
Bayanaul yaxınlıqdakı şəhərlərin sakinləri üçün turizm mərkəzidir. Parkda çox sayda sanatoriya və istirahət zonası mövcuddur. Lakin bu ərazilərin əksəriyyəti yalnız ən ibtidai infrastrukturla təchiz olunmuşdur və yaşayış şəraiti müasir standartlara uyğun deyil. Xüsusilə də, kanalizasiya sistemi və kotteclərdə içməli su və ya hövzə mənbəyi yoxdur.
Parkın bir çox ərazisinə bələdçi turlar təklif olunur. Burada nisbətən kiçik bir ödəniş müqabilində ( 2007-ci il tarixinə görə 500 KZT) parkın əsas görməli yerlərini - "müqəddəs mağara", "daş baş", "kişi ləyaqəti" qayası və s. görə bilərsiniz.