Bayazit Bikbay (başq: Баязит Бикбай; 9 yanvar 1909, Novokalta[d] – 2 sentyabr 1968, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — Başqırd şairi, yazıçısı, dramaturqu, librettoçusu, Başqırdıstan Respublikasının Salavat Yulayev adına mükafatı laureatı
Баязит Ғаяз улы Бикбаев | |
---|---|
başq. Баязит Бикбай | |
Təxəllüsü | Bayazit Bikbay |
Doğum tarixi | 9 yanvar 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 2 sentyabr 1968 (59 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Milliyyəti | başqırd türkü |
Təhsili |
|
Fəaliyyəti | şair, dramaturq, publisist, nasir |
Fəaliyyət illəri | 1927–1968 |
Əsərlərinin dili | Başqırd dili |
Janrlar | şeir, poema, teatr pyesi, libretto, hekayə, povest[d], roman |
İlk əsəri | “Günlər keçdi” (Үтеп барган көннәр) – 1932 |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bayazit Bikbay 9 yanvar 1909-cu ildə Orenburq vilayətinin Orenburq uyezdində yerləşən Kalta aulunda (Başqırdıstanın indiki Kuyurqazi rayonunun Yanı Kalta aulu) anadan olmuşdur.[1] 1929-cu ildə Orenburq Pedaqoji Texnikumunu bitirmişdir.
Təhsilini bitirdikdən sonra “Sesen” dərgisinin redaksiyasında, Tuymazinski rayonda çıxan “Lenin yolu” qəzetinin məsul katibi, “Başqırdıstan” qəzetinin şöbə müdiri, Ufa kitab nəşriyyatında bölüm başqanı, “Oktyabr” jurnalının məsul katibi vəzifələrində çalışmışdır. Başqırdıstan Dram Teatrının ədəbi hissə rəhbəri, Başqırdıstan Yazıçılar Birliyinin katibi vəzifələrini tutmuşdur.
İkinci Dünya savaşı illərində səhhətinə görə cəbhədə ola bilməmişdir. Lakin onun “Yer üzünə həmd edirəm”, “Odlu misralar” şeir topluları hərbi mövzuda yazılmışdır.
Başqırd ədəbiyyatının və incəsənətinin inkişafındakı xidmətlərinə görə Bayazit Bikbay Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir. 1970-ci ildə ölümündən sonra Salavat Yulayev adına mükafata layiq görülmüşdür.
Bayazit Bikbay 2 sentyabr 1968-ci ildə vəfat etmişdir. O, Ufa şəhərindəki müsəlman qəbiristanlığında dəfn edilmişdir.
Bayazit Bikbayın yaradıcılığı janr baxımından zəngin və çoxcəhərlidir. O, şeir, nəsr, dramaturgiya və publisistika ilə məşğul olmuşdur.
Bədii yaradıcılığa erkən başlamış olan Bəyazit Bikbayın ilk poetik axtarışları 1927-ci ildə mətbuatda yayınlanmışdır. 1932-ci ildə onun “Cari günlər” adlı ilk şeirlər toplusu nəşr olunmuşdur. Sonralar isə biri-birinin ardınca “Meşənin arxasında”, “İşıqlı torpaq” kitabları yayınlanmışdır.
1937-ci ildə yazdığı “Karluqas” musiqili dramı ilə dramaturgiya sahəsində də uğurla fəaliyyət göstərmişdir. 1938-1939-cu illərdə “Salavat” dramını yaratmışdır. Sonralar yazıçının librettosu əsasında bəstəkar Zahir İsmayılov “Salavat Yulayev” operasını yazmışdır. Müharibə illərində “Vətən çağırır” (“Ватан саҡыра”, 1943), “Bir ailənin övladları” (“Бер туғандар”, 1944) dramlarını yaratmışdır. Onun yaradıcılığında birpərdəli pyeslər, musiqili teatr üçün libretto xüsusi yer tutur.
Bayazit Bikbay həmçinin bədii nəsr yaradıcılığı ilə məşğul olmuşdur. “Günəşli gün” povesti əsasında yazdığı “Pul daşıyanda” (1958) romanı, habelə “Pul”, “Yaşayan bulaqlar” (1968), “Akselyan töküləndə” romanları populyardır.
Bütövlükdə Bəyazit Bikbay qırxa yaxın kitabın, şeir və poemanın, libretto və pyeslərin, hekayə, povest və romanların, habelə esse və elmi-publisistik məqalələrin müəllifidir. Ədibin "Seçilmiş əsərləri" beş cilddə (1969-1973) yayınlanmışdır.
O, rus ədəbiyyatının Lev Tolstoy, İvan Turgenev, Maksim Qorki, Mixail Bubennov kimi yazarlarının əsərlərini başqırd dilinə tərcümə etmişdir.
Başqırdıstanın Ufa şəhər sovetinin 1 mart 1984-cü il tarixli qərarı ilə Bayazit Bikbayın xidmətləri yüksək qiymətləndirilərək Ufa şəhərinin Oktyabr rayonundakı Sipailovo şəhərciyində yeni küçəyə adı verilmişdir. Ufanın Lenin küçəsində yazarın yaşadığı 47 saylı evin divarına başqırd və rus dillərində xatirə lövhəsi vurulmuşdur: “Bu evdə 1959-1968-ci illərdə görkəmli yazıçı, Başqırdıstan MSSR-in Salavat Yulayev adına mükafatı laureatı, Respublikanın əməkdar incəsənət xadimi Bəyazit Bikbay yaşamışdır”.