Bayram Hüseynzadə (25 dekabr 1974, Kükü, Şahbuz rayonu) — əməkdar jurnalist,[1] Bakı Universiteti (1997–1998) və Azərbaycan müəllimi qəzetinin (2007–2017) baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Mühəndislik Universitetinin tərbiyə işləri üzrə prorektoru.
Bayram Hüseynzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 dekabr 1974 (49 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | jurnalist, baş redaktor, Prorektor[d] |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
Bayram Əvəz oğlu Hüseynzadə 1974-cü il 25 dekabr tarixində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbər kadrların idarə olunması fakültəsini bitirib. 1998–2001-ci illərdə BDU-nun aspirantura şöbəsində təhsil almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 8 dekabr 2009-cu il tarixli qərarı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.[2]
Ailələlidir. 3 övladı var.
1997–1998-ci illərdə "Bakı Universiteti" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır. 1998–2013-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatında baş mütəxəssis, sektor müdiri və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri vəzifələrini icra edib. Dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə 2005-ci ildə Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi verilib. 2007-ci ildən 2017-ci ilədək "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır. 2017-ci ildən Bakı Mühəndislik Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində fəaliyyət göstərir. YAP Nərimanov Rayon Təşkilatı Siyasi Şurasının, YAP Təhsil Nazirliyi İlk Ərazi Təşkilatı İdarə Heyətinin üzvüdür. 2017-ci ildən Yeni Azərbaycan Partiyası Bakı Mühəndislik Universiteti İlk Ərazi Təşkilatının sədridir.[2]
4 kitab redaktoru, 500-ə yaxın məqalənin müəllifidir. Jurnalistika sahəsindəki səmərəli fəaliyyətimə görə 2000-ci ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adı verilmişdir.[1]