Bayram Heydərov (riyaziyyatçı)

Heydərov Bayram Mirabbas oğlu — Zəngi Liseyinin qurucusu və ilk direktoru, Fizika-riyaziyyat elmləri doktoru, pedaqoq, "Şöhrət" ordenli (2012), əməkdar müəllim.

Bayram Heydərov
Bayram Mirabbas oğlu Heydərov
Doğum tarixi
Doğum yeri Qərbi Azərbaycan, Zəngibasar rayonu ,  SSRİ
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Bakı,  Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan SSR  Azərbaycan
Elm sahəsi "Differensial riyazi Tənliklər"
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
İş yeri "Zəngi" Liseyi
Təhsili
Mükafatları "Şöhrət" ordeni

Həyatı və təhsili[redaktə | mənbəni redaktə et]

Bayram Heydərov 1956-cı ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunun Dəmirçi kəndində, ziyalı ailəsində anadan olmuşdur. 1963-ci ildə Dəmirçi kənd tam orta məktəbə daxil olmuş, 1973-cü ildə məzun olmuşdur. 1974-cü ildə Bakı Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsinə daxil olmuşdur, 1979-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.Novosibirsk Dövlət Universitetində aspirantura təhsili almışdır. Bayram Heydərov ötən əsrin 80-ci illərinin sonlarında Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki elmi mərkəzdə 6 ay müddətində, Novosibirsk Dövlət Universitetində iki illik ixtisasartırma kurslarında olmuş, aspiranturanı bitirmiş, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, akademik M.M.Lavrentyevin rəhbərliyi ilə Novosibirsk Dövlət Universitetində differensial tənliklər ixtisası üzrə müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır. O, 1988-ci ilin yanvar ayında Vətənə dönərək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətini davam etdirmişdir. Riyaziyyat və Mexanika İnstitutunun Xüsusi Konstruktor Bürosunda çalışdığı zaman Bayram Heydərov həm də müasir hərbin inkişafında məxsusi yeri olan məsələlərlə məşğul olmuşdur. Həmin illərdə Azərbaycanda tətbiqi elmlərin inkişafına ciddi diqqət yetirilirdi. SSRİ hərbi sənayesinin inkişafı üçün güclü elmi mərkəzlər müəyyən sifarişləri yerinə yetirirdilər. Bu da öz növbəsində elmin inkişafına təkan vermiş oldu. Müstəqilliyimizin ilk illərində Leninqrad (indiki Sankt-Pererburq) və Novosibirsk şəhərlərində ezamiyyətdə olduğu vaxtlarda topladığı elmi, nəzəri təcrübəyə söykənərək qurulmaqda olan Müdafiyə Nazirliyinə (MN) həmfikir alim yoldaşları ilə cəbhədəki itkilərin qarşısını almaq məqsədilə müraciət edir, işçi qrupun yaradılmasına nail olurlar. Planları isə pərakəndə yaradılan MN-in işini tənzimləyən elmi (hərbi) tədqiqatlar mərkəzi yaratmaq idi. Araşdırmalar aparıb, ölkədaxili imkanları müəyyənləşdirdikdən sonra təklifləri MN-ə, sonralar Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə müşaviri olan qərargah rəisi, general-polkovnik Nurəddin Sadıqova təqdim edirlər. Aydın olur ki, Azərbaycanda bu məsələlərin həllinə qabil olan nə yüksək, nə də orta səviyyəli kadrlar var. Kadr probleminin aradan qaldırılmasına töhfə vermək məqsədilə Bayram Heydərov və AMEA-nın əməkdaşları olan alimlərdən ibarət vətənpərvər ziyalılar istiqamətlər üzrə yeni tipli məktəb yaradılması yönündə planlarını gerçəkləşdirmək üçün fəaliyyətə başlayırlar. Bu fəaliyyət Azərbaycanda təhsil sisteminin tənəzzül dövrünə təsadüf edirdi. Ölkədə gedən dağıdıcı proseslər orta təhsili də çökdürməkdə idi...

Qeyd edək ki, AMEA-nın elmi-tədqiqat institutlarında da əməkdaşların ağır iqtisadi vəziyyətinə dəstək almaq üçün onların öz elmi bilik və zəhmətlərini bir araya gətirməklə Riyaziyyat və Mexanika İnstitutunda Bayram müəllimin təşəbbüsü və institutun direktoru, böyük alim, akademik Fəraməz Maqsudovun dəstəyi ilə respublikada riyaziyyat elmi sahəsində alınmış nəzəri nəticələrin tətbiqi sahəsində işləmək üçün institutun nəzdində “Zəngi” adında kiçik dövlət müəssisəsi də yaradılmışdı. Fəaliyyəti ərzində “Zəngi” kiçik dövlət müəssisəsində çalışan alimlər tərəfindən orta məktəb şagirdləri üçün müxtəlif adlarda kitablar yazılmış, müxtəlif müəssisələr üçün avtomatik idarəetmə sistemləri yaradılmış, dəqiq ölçü cihazları hazırlanmışdır.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan SSR Milli Elmlər Akademiyasında çalışmışdır.Differensial Tənliklər üzrə dissertasiya müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.Bir neçə məktəbdə riyaziyyat müəllimi olaraq çalışmışdır. 1992-ci ildə Azərbaycanda bir ilkə imza ataraq 4 təmayül üzrə təhsil verən ilk lisey olan "Zəngi" liseyini yaratmışdır. 1992-ci ildən vəfatına qədər həmin liseyin direktoru olmuşdur.

Təltifləri[redaktə | mənbəni redaktə et]

Vəfatı[redaktə | mənbəni redaktə et]

18 avqust 2018-ci il tarixdə 62 yaşında dünyasını dəyişmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • "Respublika" qəzeti, 28.09.2018-ci il nömrəsi
  • "Vedibasar" qəzeti, 28.09.2018-ci il 19056-cı nömrəsi
  • "Azərbaycan" qəzeti 27.09.2018-ci il nömrəsi