Bu məqalə qaralama halındadır. |
Bayram Əsəd oğlu Səfərov (1951, Şuşa, DQMV) — Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin keçmiş sədri
Bayram Səfərov | |
---|---|
Bayram Əsəd oğlu Səfərov | |
Vəzifədədir | |
27 fevral 2009-cu ildən | |
Əvvəlki | Nizami Bəhmənov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1951 |
Doğum yeri |
|
Fəaliyyəti | yazıçı, siyasətçi, ictimai xadim |
|
|
Təltifləri |
Bayram Səfərov 1951-ci ildə Şuşada anadan olub. İxtisasca iqtisadçıdır. Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib.
Son illər "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətində ("AZAL") rəhbər vəzifədə çalışıb. 2009-cu il fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2009-cu il iyunun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri seçilib.