Bu məqalə qaralama halındadır. |
Beş — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Dörddən sonra, altıdan əvvəl gəlir.
5 | |
---|---|
beş | |
← 3 · 4 · 5 · 6 · 7 → | |
Faktorizasiya | 5 (sadə) |
Rum rəqəmi | V |
İkili | 101 |
Səkkizlik | 5 |
Onaltılıq | 5 |
Vikianbarda əlaqəli mediafayllar |
Saylar sırasında beşin məxsusi yeri və icra rolu vardır. Beş sayı sol əlin çeçələ, adsız, orta, şəhadət barmaqlarından sonra say saymaq vəzifəsini üzərinə alan baş barmaqla bağlıdır. Sözsüz ki, bu, məsələnin görünən tərəfidir. Burada görünməyən tərəf fərqli-fərqli mədəniyyətlər əhatəsində simvollaşan sakral-sehr koduna daxildir. Məsələ belədir ki, bəzi yerlərdə və bəzi hallarda barmaqları beş sayını göstərən əlin özü elə "beş" adı daşıyır. Xalqımızın təsəvvüründə beşin say olaraq həm müstəqim, həm də məcazi mənası vardır. Misal üçün, "Beş barmağın beşi də bir deyil", "Dünya beş gündür, beşi də qara", "Beş günlük dünyadı da", "Beş kişidən biri" və s. deyimlər, "Xəmsə" adı ilə beş saylı əsərlərin yazılması bu sıraya daxildir. Şərqdə, ümumiyyətlə, islam aləmində beş sayının geniş yayılmasında müsəlmanların hər gün beş kərə namaz qılmağa borclu olmalarının, Rəsuləleyhissəlamın özünün, qızı Həzrəti Fatimənin, nəvələri imam Həsənlə, imam Hüseynin, kürəkəni Həzrəti Əlinin - beş müqəddəs zatın peyğəmbərimizin əbası altına yığılması və bu beşliyin sonralar "Ali Əba" ("Pənceyi ali əba", "Xəmseyi ali əba") adı ilə tanınması, nəhayət, islamın əsaslarını təşkil edən beş şərtin də qədərincə təsiri olmuşdur.
Əgər uşağınız bu rəqəm altında doğulubsa, idman zalına getməyə ehtiyacınız yoxdur. Çünki evinizdə canlı trenajor var. Anası ona hələ öyrəşməmiş uşaq artıq yeriməyə və əlinə düşən hər şeyi dağıtmağa başlayacaq. Belə uşağı olan valideynlər elektrik «rozetka»sı, manej və rəflərə qıfıl vurmalıdırlar. Belə uşağın anası tez-tez plastır almaq məcburiyyətində qalacaq. Zahirən mehriban görsənməsə də, həddən artıq maraqlı və sədaqətli olurlar. Öz yerlərini heç kimə vermək həvəsində olmurlar. Onlar özlərini yaxşı aparanda mələk, pis aparanda isə şeytan olurlar. «Beşinci»lər hər şeydən tez bezir. Ona görə onlara təzə-təzə oyuncaqlar almaq lazımdır.
Riyaziyyat ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |