Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Səkkiz — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Yeddidən sonra, doqquzdan əvvəl gəlir.
8 | |
---|---|
səkkiz | |
← 6 · 7 · 8 · 9 · 10 → | |
Faktorizasiya | 23 |
Rum rəqəmi | VIII |
İkili | 1000 |
Səkkizlik | 10 |
Onaltılıq | 8 |
Vikianbarda əlaqəli mediafayllar |
Əski təsəvvurləri qoruyub cağımıza catdıran mənbələrdə elə səkkiz sayı ilə doqquz sayı da kainatın mifoloji modelinin ufuqi və şaquli vəziyyətini simvollaşdırır. Bundan savayı, bəzi turk xalqlarının mifoloji inamlarına gorə, səkkiz sayı qadın, doqquz sayı isə kişi başlanğıcını bildirir. Etiqada gorə, dord kimi səkkiz də yeraltı aləmin, gecənin, qışın simvoludur.
Səkkiz sayının sehrli məna daşımasına, dunyanın ufuqi simvolunu təmsil etməsinə inanarlar. Yer kurəsini də səkkizguşəli duşunmuş və butun kainatı nurlandıran Gunəşi də elə səkkizşualı təsəvvür etmişlər. Yəni Gunəşin səkkiz şuası dunyanın səkkiz guşəsinə istilik, işıq paylayır.
Səkkiz sayı Azərbaycan mədəniyyəti və məfkurəsində ayrıca dəyər daşımaqdadır. Belə ki, Azərbaycan Dovlətinin rəmzlərindən – gerb və bayrağındakı ulduz səkkizguşəlidir.
Azərbaycan Demokratik Respublikasının qurucuları tərəfindən düşünülmüş olaraq qəbul edilmiş bu səkkizguşəli gerb və bayraqdakı ulduz bilavasitə dunyanın səkkizguşəli olması ilə bağlı məsələdir. Mifoloji təsəvvürə gorə, Tanrı göydə ilk, yəni Baş şamanı xəlq etdikdən sonra onun olacağının qarşısında səkkizbudaqlı bir ağac da bitirmişdir. Tanrı səkkiz səmtə uzanan bu ağaca da əbədiyaşarlıq bəxş etmişdir.
Yerdə də türk xalqları Tanrının bitirdiyi "yıxılmaz", "solmaz", "əbədiyaşar" ağacın simvolu olaraq olacağın – cadırın qapısı qarşısında bir dirək ucaltmış və "Dünyanın dirəyi" adlandırdıqları bu ucaltdıqlarına səkkiz səmtə uzanan səkkiz budaq da bağlayıb bərkitmişlər.
Deməli, Azərbaycan gerb və bayrağındakı ulduzu səkkizguşəli duşunənlər də, sözsuz, dünyanın səkkiz güşəsini bildirən "yıxılmaz", "solmaz", "əbədiyaşar" ağacı və səkkizşüalı Günəşin əlamətlərini simvol tək nəzərdə tutmuşlar.
Səkkizguşəli ulduzun, hilalın – Ayın ağuşunda təsviri də mənasız deyil. Arxada səkkiz sayının qadın başlanğıcı olduğunu xatırlatmışdıq. Dunyanın cox xalqlarının, eləcə də turklərin mifoloji təsəvvurundə Gunəş qadın, Ay kişi başlanğıcıdır.
Bayrağımızdakı səkkizguşəli ulduzun hilala – kişiyə sığınması səkkiz Gunəş ovladının – dunyanın səmtlərini bildirən səkkiz şuanın – qız ovladların ataya arxalanması simvoludur.
Təbii ki, siz uşağınızın korlanmasını istəmirsiniz. "Səkkizincilər" numerologiya silsiləsindən ən cazibədar uşaqlardı. Xasiyyətləri pis olmur. Valideynləri onların cilovunu hər zaman əlində saxlamalı, lazım olanda iplərini yığmağı bacarmalıdırlar. Hətta ailədə ağalıq etmək istəyən bu uşaqlara hər zaman yerini göstərmək lazımdır. Ancaq bir qədər ehtiyatlı olmaq lazımdır. Çünki "səkkizinci"lər çox həssas olur. Ailədə kimin söz sahibi olduğunu anlayan kimi bu uşaq sakitləşir. Səkkiz rəqəmi güc və hakimiyyəti ifadə etdiyinə görə, bu uşaqlara kiçik yaşlarından pisi yaxşıdan ayırmağı öyrətmək lazımdır. "Səkkizinci" uşaqlar müstəqillikləri ilə yanaşı, çox qısqanc olurlar. Anlatmaq lazımdır ki, başqalarına göstərilən qayğıdan ona da göstərilir. Çox tələbkar, inadcıldırlar.
Riyaziyyat ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |