Türkiyə–Belçika münasibətləri — Türkiyə Respublikası ilə Belçika Respublikası arasındakı ikitərəfli beynəlxalq münasibətlər. Ölkələr Avropa Şurası, NATO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Aralıq dənizi İttifaqının üzvləridir. Belçika Avropa İttifaqının üzvüdür, Türkiyə isə bu quruma üzv olmaq üçün namizəddir. Hər iki ölkə beynəlxalq təşkilatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir.
Türkiyə–Belçika münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
1837-ci ildə Osmanlı İmperiyası Belçikanın müstəqilliyini tanıyır. 1848-ci ildə ölkələr arasında rəsmi diplomatik əlaqələr qurulur[1].
2019-cu ilin mart ayında Türkiyə Xarici İşlər Nazirliyi, Belçika məhkəməsinin Kürdüstan Fəhlə Partiyası ilə əlaqəli olduğu iddia edilən 30 nəfərə qarşı təqibə son verdikdən sonra Belçika səfiri Mişel Malerbeyə narahatlıqlarını ifadə etdi[2]. 2019-cu ildə Belçika, Türkiyənin Suriyanın şimal-şərqindəki Sülh Bulağı əməliyyatını tənqid etdi və Türkiyəni dərhal dayanmağa çağırdı[3]. Sonra Belçika hökuməti Türkiyəyə silah embarqosu tətbiq etmək qərarına gəldi[4].
Hal-hazırda Belçikada təxminən 230.000 türk kökənli vətəndaş yaşayır[5][6].
2006-cı ildə ölkələr arasındakı ticarət həcmi 3 milyard avro təşkil etmişdir. 2006-cı ildə Belçikanın Türkiyəyə ixracatı 2005-ci illə müqayisədə 9,4 % (1,88 milyard avro)[7], Türkiyənin Belçikaya ixracatı isə 6,8 % (1,06 milyard avro) artmışdır. Belçika Türkiyənin on yeddinci ən böyük ticarət tərəfdaşıdır[8].
Türk-Belçika İş Şurası və oxşar hədəfləri olan təşkilatlar ticarət əlaqələrin inkişafına üstünlük verir. Türk-Belçika İş Şurası 1990-cı ildə qurulmuşdur[9]. Kiçik və orta müəssisələr Türkiyə və Belçika iqtisadiyyatında mühüm rol oynayır. Türkiyədə 200-dən çox Belçika firması təmsil olunur. Türkiyədəki Belçika investisiyalarının həcmi təxminən 300 milyon avrodur. Digər tərəfdən, Türk şirkətlərinin Belçikaya yatırımları 1 milyard avronu keçmişdir.
2008-ci ildə 583.409-dan çox Belçikalı turist Türkiyəni ziyarət etmişdir.
Belçikanın Ankarada səfirliyi və İstanbulda baş konsulluğu vardır[10].
Türkiyənin Brüsseldə səfirliyini fəaliyyət göstərir[11].