Belarus Hərbi Hava Qüvvələri

Belarus Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri (belarusca: Ваенна-паветраныя сілы і войскі супрацьпаветранай абароны Рэспублікі Беларусь) — Belarus Silahlı Qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərən xüsusi hərbi birləşmədir. 1992-ci ildə Belarus ərazisində dislokasiya olunmuş Sovet Hərbi Hava Qüvvələrinin 26-cı Hava Ordusunun əsasında yaradılmışdır.[1]

Belarus Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri
Ваенна-паветраныя сілы і войскі супрацьпаветранай абароны Рэспублікі Беларусь
Loqonun şəkli
Növü Hərbi Hava Qüvvələri
Yaranma tarixi 15 iyun 1992 - günümüzə
Ölkə Belarus Belarus
Tabedir Belarus Silahlı Qüvvələri
Daxildir Belarus Silahlı Qüvvələri
Fərqlənmə nişanları
Komandanlıq
Komandir General-mayor Oleq Dviqalev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

5 may 1942-ci ildə Qərb cəbhəsinin hava qüvvələrinin əsasında 1-ci Hava Ordusu yaradılmışdır.[2] 10 yanvar 1949-cu ildə rəhbərliyin əmrinə əsasən bu ordunun adı dəyişdirilərək 26-cı Hava Ordusu adlandırılmışdır. 1 may 1988-ci il tarixində SSRİ Müdafiə Nazirliyinin 0018 saylı qərarına əsasən 26-cı Ordu Belarus Hərbi Dairəsinin Hava Qüvvələrinin tərkibinə verilmişdir. 15 may 1992-ci ildə Belarus Respublikası Müdafiə Nazirliyinin 05 saylı əmrinə əsasən 26-cı Hava Ordusu Belarus HHQ-nin tabeçiliyinə verilmişdir.

Belarus HHQ-nin Rusiya HHQ ilə çox yaxın əlaqələri var.[3][4][5]

30 avqust 2009-cu ildə Polşanın Radom şəhərində Aviaşounun ikinci günü bir ədəd Su-27UBM döyüş təyyarəsi qəzaya uğramışdır.[6][7]

21 aprel 2010-cu ildə təlimlər zamanı iki ədəd MiQ-29 döyüş təyyarəsi toqquşmuşdur. Təyyarələrdən biri yerə təhlükəsiz şəkildə eniş edə bilsə də, digəri qəzaya uğramışdır.[8]

23 sentyabr 2010-cu ildə bir ədəd MiQ-29 qəzaya uğramışdır.[9]

29 noyabr 2011-ci ildə bir ədəd Mi-24 döyüş helikopteri Novye Zasimoviçi kəndi yaxınlığındakı meşəlik ərazidə qəzaya uğramış, nəticədə hər üç ekipaj üzvü həlak olmuşdur.[10][11]

12 iyun 2012-ci ildə bir ədəd Su-25 kiçik bir kəndin yaxınlığında qəzaya uğramışdır. Qəzanın baş vermə səbəbi pilot Nikolay Qridnyovun aşağı hündürlükdə manevr edərkən idarəetməni itirməsi olmuşdur.[12][13]

11 noyabr 2014-cü ildə bir ədəd MiQ-29 qəzaya uğramışdır.[14]

23 fevral 2017-ci ildə bir ədəd MiQ-29 havalanarkən mühərrikdə baş verən yanğın səbəbilə təyyarə qəzaya uğramış, pilot katapult edərək sağ qalmışdır.

Gələcək planlar

[redaktə | mənbəni redaktə et]

Gələcək planlara görə, Belarus Rusiyadan 18 ədəd Su-30K və ya Su-30KN tipi döyüş təyyarəsi almağı hədəfləyir. Rusiya bu qırıcıların hər birini 5 milyon dollar qarşılığında modernizasiya edir. Belarus da bu modernizasiya proqramında iştirak edərək bir neçə Su-30KN döyüş təyyarəsi almaq niyyətindədir.[15]

Bundan başqa, Belarus və Rusiya 2015-ci ildə dörd ədəd Yak-130 yüngül hücum təyyarəsinin satın alınması haqqında müqavilə imzalamışdır.[16][17][18]

Uçuş avadanlığı İstehsalçı ölkə Növü Variantı Sayı Əlavə məlumat
Döyüş təyyarəsi
MiQ-29 SSRİ SSRİ Çoxməqsədli qırıcı 43[19] 13-ü MiQ-29BM səviyyəsində modernizasiya olunmuşdur[20]
Su-25 SSRİ SSRİ Hücum təyyarəsi 68[19]
Su-30 Rusiya Rusiya Döyüş təyyarəsi 12 ədəd sifariş verilib[19][21]
Hərbi nəqliyyat təyyarəsi
İlyuşin İl-76 SSRİ SSRİ Hərbi nəqliyyat təyyarəsi 2[19]
Antonov An-26 SSRİ SSRİ/Ukrayna Ukrayna Nəqliyyat 3[19]
Helikopter
Mil Mi-8 SSRİ SSRİ/Rusiya Rusiya Hərbi-nəqliyyat 30 Əlavə 6 ədəd sifariş verilib[19]
Mi-24 SSRİ SSRİ Döyüş helikopteri 21[19]
Mi-26 SSRİ SSRİ Nəqliyyat 5[19]
Təlim təyyarəsi
Yak-130 Rusiya Rusiya Təlim/yüngül hücum təyyarəsi 8[19]
Aero L-39 Albatros Çexiya Çexiya Təlim 10[19]
Mi-2 Polşa Polşa Təlim 6[19]
  1. "The Military Balance 2014". Arxivləşdirilib 2018-10-01 at the Wayback Machine, 5 fevral 2014.
  2. Belarusian Ministry of Defence, http://www.mod.mil.by/s37sprawka.html Arxivləşdirilib 2007-10-28 at the Wayback Machine
  3. White October Ltd. "The Conventional Imbalance and Debate on Russian Non-Strategic Nuclear Weapons". 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
  4. "Defence Statistics 2013" Arxivləşdirilib 2013-09-27 at the Wayback Machine 1 avqust 2013
  5. "Defence Statistics 2014" Arxivləşdirilib 2017-10-19 at Archive-It 15 may 2014
  6. "BelaPAN. In pictures: Funeral for two Air Force pilots in Baranavichy". 2014-12-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
  7. "Belarus to modernize its fleet of Sukhoi Su-27 jet fighter". 28 avqust 2017. 2014-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-28.
  8. Harro Ranter. "ASN Aircraft accident 21-APR-2010 MiG-29 Fulcrum". 2014-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
  9. Harro Ranter. "ASN Aircraft accident 23-SEP-2010 MiG-29UB 63". 2014-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
  10. Harro Ranter. "ASN Aircraft accident 29-NOV-2011 Mil Mi-24 01 white". 2014-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
  11. "Military helicopter crashes in Pruzhany killing crew - Charter'97 :: News from Belarus - Belarusian News - Republic of Belarus - Minsk". 2014-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
  12. Harro Ranter. "ASN Aircraft accident 12-JUN-2012 Sukhoi Su-25". 2014-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
  13. "Belarussian Su 25 crashes, pilot choses not to eject to save civilians". Indian Defence Forum. 2014-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
  14. "Archived copy". 28 avqust 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
  15. "Arxivlənmiş surət". 2011-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-28.
  16. "Russia to Deliver Four Warplanes to Belarus in 2015". 2014-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
  17. "Belarusian army: between disarmament and optimisation". UDF.BY -. 2014-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
  18. John Pike. "Belarus Air and Air Defense Force". 2009-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
  19. 1 2 3 4 5 6 7 8 9 10 11 "World Air Forces 2017". Flightglobal Insight. 2017. 2017-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
  20. "Музей авиационной техники-Боровая". museum.ucoz.ru. 2014-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
  21. "Arxivlənmiş surət". 2017-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]