Aero L-39 Albatros Çexoslovakiyanın Aero Vodochody şirkəti tərəfindən istehsal olunmuş reaktiv hərbi təlim təyyarəsidir. 1960-cı illərdə dizayn olunmuş Aero L-29 Delfin təlim təyyarəsini əvəz etməsi məqsədilə hazırlanmışdır.[2] L-39 dünyada istehsal olunmuş ilk ikinci nəsil təlim təyyarəsidir. Hərbi təlim təyyarəsi kimi bir çox dövlət tərəfindən hazırda da istismar olunur. Təyyarə ilə bağlı maraqlı məqamlardan biri də təyyarənin NATO kod adının olmamasıdır. Əsasən pilotlar tərəfindən təlim məqsədilə istifadə olunsa da, yüngül hücum təyyarəsi vəzifəsini də icra edə bilər. İstifadəçi ölkələrdən bəzilərinin bu təyyarələrdən ibarət Aerobatika komandaları var.
L-39 | |
---|---|
Tipi | Hərbi təlim təyyarəsi |
İstehsalçı | Aero Vodochody |
Dizayner | Yan Vlçek |
İlk uçuş | 4 noyabr 1968 |
İstismara verilmə tarixi | 28 mart 1972[1] |
Status | İstismarı davam edir |
İstismarçılar |
Rusiya Hərbi Hava Qüvvələri Ukrayna Hərbi Hava Qüvvələri Azərbaycan Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1971–1996 |
Buraxılış sayı | 2900 |
Baza modeli | Aero L-29 Delfin |
Variantları |
Aero L-59 Super Albatros Aero L-159 Alca |
Vikianbarda əlaqəli mediafayllar |