Belarus Silahlı Qüvvələri — Belarus Respublikasının ərazi bütövlüyünü qorumaq məsuliyyəti daşıyan ordu.
Belarus Silahlı Qüvvələri | |
---|---|
Узброеныя Сілы Рэспублікі Беларусь | |
Qurulub | 20 mart, 1992 |
Daxildir | Belarus Quru Qoşunları, Belarus Hərbi Hava Qüvvələri |
Rəhbərlik | |
Ali Baş Komandan | Aleksandr Lukaşenko |
Baş qərargah rəisi | Oleq Belokonev |
Canlı qüvvə | |
Hərbi yaş | 18 |
Aktiv kadr | 72,500 |
Ehtiyat kadr | 289,500 |
Xərclər | |
Büdcə | $1,984,794,000 (2012) |
ÜDM faizi | 1.4% (FY2010) |
Belarus Silahlı Qüvvələrində xidmət edən hərbi qulluçuların sayı 46 min 482 nəfərdən ibarətdir. Belarus ordusunun silahlanmasında 1317 ədəd tank, 1942 ədəd zirehli maşın, 63 ədəd təyyarə və 15 döyüş helikopteri var. O cümlədən silahlanmanı 100 millimetrdən böyük kalibrli 1079 artilleriya qurğusu tamamlayır.[1]
2017-ci il çərçivəsində Belarus Silahlı Qüvvələrində 1300-dən çox hərbi hazırlıq tədbiri keçirilib. Hərbi qulluqçular 22 min 200-dən çox paraşütlə tullanış həyata keçiriblər. 2017-ci ildə hazırlıq proqramı çərçivəsində 3000-dən çox hərbi mütəxəssis, o cümlədən 277 zabit və 1638 kiçik komandir heyəti hazırlanıb.[1]