Vinçentso Salvatore Karmelo Françesko Bellini (it. Vincenzo Salvatore Carmelo Francesco Bellini; 3 noyabr 1801, Kataniya, Siciliya — 23 sentyabr 1835, Püto, Paris yaxınlığında) — italyan bəstəkarı, 11 operanın müəllifi.[6]
Vinçentso Bellini | |
---|---|
Vinçentso Salvatore Karmelo Françesko Bellini | |
Ümumi məlumatlar | |
Doğum adı | Vincenzo Salvatore Carmelo Francesco Bellini |
Doğum tarixi | 3 noyabr 1801[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 sentyabr 1835[1][2][…] (34 yaşında) |
Vəfat səbəbi | dizenteriya |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Janrlar | opera, simfoniya |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
O, Neapolitan Konservatoriyasında Nicolo Zingarellinin himayəliyi altında oxumuş, ilk olaraq instrumental və kilsə musiqisi əsərlərini yazırdı. Bellininin ilk operası "Adelson e Salvini" 1825-ci ildə konservatoriyada tamaşaya qoyuldu. 1826-cı ildə Teatr San Karlo onun "Bianca e Fernando" operasını elə uğurla səhnələşdirdi ki, o, 1827-ci ildə Milanda La Skaladan sifariş aldı. Bellini son üçün "Pirat" operasını yazdı və bu, parlaq uğur idi; "Əcnəbi" gələn il daha da uğurlu oldu. Onların ardınca "Zaira" və s.
1833-cü ildə Bellini nəhayət Parisə köçdü və burada qısamüddətli olsa da, böyük uğur qazandı; onun taleyinə yalnız daha bir opera, 1835-ci ildə italyan teatrında tamaşaya qoyulan "Le Puritani" adlı opera yazmaq düşmüşdü.
Qısa ömrü ərzində o, 11 opera yazmışdı, onlardan yalnız biri (“Zaira”) uğurlu alınmayıb – qalanları əksər Avropa səhnələrində yer almışdı. Ən yaxşı operaları: Kapuleti və Montekki (it. I Capuleti e i Montecchi, 1830 ), La sonnambula (1831), Norma (1831), Puritani (1835).
Bellininin təsirlərinin izlərini təkcə opera sahəsində deyil, Şopenin fortepiano musiqisində də görmək olar.
23 sentyabr 1835-ci ildə Parisin kənarında Bellini qaraciyərin absesi ilə çətinləşən kəskin bağırsaq iltihabından öldü. Ölümünün qəfil olması hətta bəstəkarın zəhərlənməsi ilə bağlı söz-söhbətlərə səbəb oldu. Əvvəlcə Per Laşez qəbiristanlığında dəfn edildi, lakin 1876-cı ildə bəstəkarın külü Siciliyaya, Kataniya şəhərindəki Müqəddəs Aqata Katedralinə köçürüldü.