Belorusiya Sovet Sosialist Respublikası gerbi — Belorusiya SSR-nin dövlət gerbi.
Belorusiya Sovet Sosialist Respublikası gerbi | |
---|---|
Detallar | |
Armiger | Belorusiya SSR |
Təsis edilib | 1981 |
Təsdiq edilib | 30 mart 1927 |
Zirvə | Qırmızı ulduz |
Gerbin lövhəsi | Qırmızı rəngli lentlər |
Tərəfkeş | Avrasiyanı göstərən qlobus, yüksələn günəş, oraq və çəkic |
Şüar | Bütün ölkələrin proletarları birləşin! |
Vikianbarda əlaqəli mediafayllar |
Belarus, Belorusiya Sovet Sosialist Respublikasının 1920-ci ildə qurulmasından Sovet Sosialist Respublikaları İttifaqının süqutundan sonra, 1991-ci ildə müstəqilliyini elan etməsinə qədər digər sovet respublikalarının dövlət gerblərinə oxşar bir gerbdən istifadə edirdi. İlk rəsmi gerb 1919-cu ildə təsdiqlənmişdir. Bu gerb həmin dövrdə təsdiqlənən Ukrayna Sovet Sosialist Respublikası və Rusiya Sovet Federativ Sosialist Respublikası dövlət gerblərinə çox oxşayırdı. Gerbin mərkəzində günəş şüalarının bəzədiyi qırmızı bir qalxan və sarı günəşin üstündə, qalxanın mərkəzində fəhlələr və kəndlilər arasındakı birliyi təmsil edən oraq və çəkic fiquru yerləşir. Oraq və çəkicin üstündə respublikanın Belarus dilində tam adının abreviaturası olan "Б.С.С.Р." (azərb. B.S.S.R.) yazılmışdır. Gerbin sağ və sol hissələrində buğda saplaqları yerləşir. Gerbin alt hissəsində qırmızı zəmin üzərində qara rəngdə Belarus dilində, SSRİ-nin rəsmi şüarı olan "Bütün ölkələrin proletarları birləşin!" yazılmışdır.[1]
1920-ci illərdə dövlət gerbi üçün çoxlu fərqli dizayn mövcud idi.[2] 11 aprel 1927 tarixində köhnə gerb yenidən dizayn edildi. Gerbin mərkəzində yerləşən qalxan fiquru çıxarılmış və daha çox söz ehtiva edən yəni bir gerbdən istifadə edilməyə başlandı. Yeni gerbin sağ hissəsində meşə yarpağı, sol hissəsində isə buğda saplaqları mövcud idi. Gerbin mərkəzində qlobusun arxasından yüksələn bir günəş təsvir edilmişdir. Oraq və çəkic fiquru yeniləndi və zirvəyə qırmızı ulduz simvolu əlavə edildi. Köhnə gerbin sağ ve sol hissəsində yerləşən buğda saplaqlarına kommunizmin simvolu olan qırmızı rəngli lent əlavə edildi və üstlərinə soldan sağa Belarus dilində, İdiş dilində, polyak dilində və rus dilində "Bütün ölkələrin proletarları birləşin!" yazıldı. Alt hissədə respublikanın Belarus dilində tam adının abreviaturası olan "Б.С.С.Р." (azərb. B.S.S.R.) ağ rəngdə yazılmışdır. Gerb 1937-ci ildə kiçik yeniləmələrə məruz qalmışdır.[3]
1950-ci ildə yeni bir gerb dizayn edilmişdir. Gerbin sağ və sol hissəindəki çiçək fiqurları yenilənmişdi. Gerbin sol hissəsinə yonca, sağ hissəsinə isə zəyrək yerləşdirilmişdi. Bu gerb dizaynı Belorusiya Sovet Sosialist Respublikası Konstitusiyasının 119. maddəsində müəyyənləşdirilmişdir. 28 fevral 1958 tarixində əvvəlki gerbə oxşayan yeni bir gerbdən istifadə edilməyə başlandı.[4]
Gerbi təşkil edən elementlər digər sovet respublikalarının gerblərinə oxşar bir xüsusiyyət daşıyır. Gerbin mərkəzində fəhlələri və kəndliləri simvollaşdıran oraq və çəkic fiquru, gerbin altında kommunizmin rəmzi olan qırmızı rəngli lent fiquru mövcuddur. Gerbdə sovet gerblərinə xas olan qırmızı ulduz, budğa buketləri və qlobus yerləşir.[1]