Cili Benyamino (20 mart 1890[1][2][…] – 30 noyabr 1957[3][1][…], Roma[3][4]) — italyan müğənnisi. 20-ci əsrin ən məşhur lirik tenorlarından biri.[5]
Benyamino Cili | |
---|---|
it. Beniamino Gigli | |
Doğum tarixi | 20 mart 1890[1][2][…] |
Vəfat tarixi | 30 noyabr 1957[3][1][…] (67 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | aktyor, opera müğənnisi, teatr aktyoru, kino aktyoru |
beniaminogigli.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Çəkməçi ailəsində anadan olmuşdur. 1908–10-cu illərdə Romada A. Boanuççidən, 1911–14-cü illərdə isə "Santa- Çeçilia" Roma konservatoriyasında A. Kotonyi və E. Rozatinidən dərs almışdır.[5]
1914-cü ildə vokalçiların Parmada keçirilən Beynəlxalq müsabiqəsinin 1-ci mükafatına layiq görülmüş Cilinin həmin ildə opera səhnəsində debütü olmuşdur (A. Ponkyellinin "Cokonda" tamaşasında Ensonun partiyası, Roviqo ş. teatrı), sonralar İtaliyanın müxtəlif teatrlarında çıxış etmişdir. 1920–32-ci illərdə "Metropoliten- opera" (Nyu-York) teatrının solisti olmuşdur.[5]
1932-ci ildə İtaliyaya qayıtmış, əsasən, Roma səhnəsində (o cümlədən 2-ci dünya müharibəsi illərində) oxumuşdur. Avropa və Amerikada qastrolda olmuşdur (1930-cu ildən dəfələrlə "Kovent-Qarden" teatrında çıxış etmişdir). 1954-cü ildə opera səhnəsini tərk etmişdir.[5]
19–20-ci əsrin əvvələrinin romantik və verist operalarından (V. Bellini, Q. Donisetti, C. Ver di, C. Puççini, J. Bize, J. Massne və b.) partiyalar (cəmi təqribən 60) repertuarının əsasını təşkil etmişdir. Neapol mahnılarının ifası müğənniyə geniş populyarlıq qazandırmışdır. 16 musiqili filmdə çəkilmişdir. Çoxlu audio yazıları, o cümlədən Cilinin iştirakı ilə 7 opera tamaşası bütünlüklə saxlanılmışdır.[5]