Berat Ridvan Cimsiti (alb. Berat Ridvan Gjimshiti alm. Berat Ridvan Djimsiti ; 19 fevral 1993[1][2][…], Sürix) — İsveçrəli və albaniyalı peşəkar futbolçu. İtaliyanın "Atalanta" klubunun və Albaniya millisinin müdafiəçisi .
Berat Cimsiti | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Berat Ridvan Gjimshiti | |||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 19 fevral 1993[1][2][…] (31 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 190 sm | ||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 83 kq | ||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | mərkəz müdafiəçisi[d] | ||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Atalanta | ||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
|
Berat "Sürix" klubunun yetirməsidir. İsveçrə Super Liqasının Djimsiti 2011–12 mövsümündə, "Sürix"in əsas heyətinə dəvət edilir.[3] Peşəkar debütünü 3 mart 2012-ci ildə "Sion"la qarşılaşmada edir.[4] O, "Sürix"də ilk qolunu 20 may 2012-ci ildə, "Qrasshopper"ə qarşı oyunda vurur.[5]
18 yanvar 2016-cı ildə Cimsiti, İtaliyanın "Atalanta" klubu ilə üç il yarımlıq müqavilə imzalayır.[6][7] Onun "Atalanta"da debüt oyunu, 3 may 2016-cı ildə "Napoli" klubuna qarşı oyunda baş tutur.[8]
31 avqust 2016-cı ildə Cimsiti daha çox oyun vaxtı qazanmaq üçün B Seriyasında yarışan "Avellino" klubuna icarəyə verilir.[9][10]
8 iyul 2017-ci ildə Cimsiti mövsümün sonuna qədər, "Benevento"ya satın alma seçimi ilə icarəyə verilir.[11]
O, İsveçrənin müxtəlif yeniyetmə və gənclərdən ibarət milli komandalarında çıxış edib. 9 aprel 2015-ci ildə o, Albaniya milli komandasının heyətində 2016-cı il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Danimarkaya qarşı matçda debüt edir. O, Albaniya milli komandasın baş məşqçi Canni De Byazi tərəfindən, Avropa çempionatının final mərhələsində iştirak üçün 27 futbolçudan ibarət ilkin siyahıya daxil edilir, lakin 23 nəfərlik son siyahıya daxil edilmir.[12]
Klub | Mövsüm | Liqa | Kubok | Avropa | Digər | Toplam | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Divizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Sürix U 21 | 2009–10 | İsveçrə Promouşen Liqası | 3 | 0 | — | — | — | 3 | 0 | |||
2010–11 | 27 | 5 | — | — | — | 27 | 5 | |||||
2011–12 | 16 | 1 | — | — | — | 16 | 1 | |||||
Toplam | 46 | 6 | — | — | — | 46 | 6 | |||||
Sürix | 2010–11 | İsveçrə Super Liqası | 1 | 0 | — | — | — | 1 | 0 | |||
2011–12 | 2 | 1 | — | 0 | 0 | — | 2 | 1 | ||||
2012–13 | 34 | 0 | 5 | 0 | — | — | 39 | 0 | ||||
2013–14 | 26 | 1 | 3 | 0 | 2 | 0 | — | 31 | 1 | |||
2014–15 | 33 | 2 | 3 | 0 | 7 | 1 | — | 43 | 3 | |||
2015–16 | 15 | 1 | 3 | 0 | 2 | 0 | — | 20 | 1 | |||
Toplam | 111 | 5 | 14 | 0 | 11 | 1 | — | 136 | 6 | |||
Atalanta | 2015–16 | A Seriyası | 3 | 0 | — | — | — | 3 | 0 | |||
2018–19 | 24 | 1 | 4 | 0 | 1 | 0 | — | 29 | 1 | |||
2019–20 | 34 | 2 | 1 | 0 | 6 | 0 | — | 41 | 2 | |||
2020–21 | 33 | 0 | 5 | 1 | 8 | 0 | — | 46 | 1 | |||
2021–22 | 31 | 1 | 1 | 0 | 9 | 2 | — | 40 | 3 | |||
2022–23 | 14 | 0 | 2 | 0 | — | — | 16 | 0 | ||||
Toplam | 139 | 4 | 13 | 1 | 24 | 2 | — | 176 | 7 | |||
Avellino (icarə) | 2016–17 | B Seriyası | 35 | 0 | 0 | 0 | — | — | 35 | 0 | ||
Benevento (icarə) | 2017–18 | A Seriyası | 30 | 0 | 0 | 0 | — | — | 30 | 0 | ||
Karyerasında Toplam | 360 | 14 | 27 | 1 | 35 | 3 | 0 | 0 | 422 | 18 |