Tunberq zirinci (lat. Berberis thunbergii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Tunberq zirinci | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Tunberq zirinci |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yaponiyada yayılmışdır.
Hündürlüyü 1 m olan alçaqboylu koldur. Sıx enli çətirə malikdir. Qabığı tünd-qəhvəyi rənglidir, budaqları uzun, nazik və kiçik tikanlarla örtülü olur. Zoğları horizontal, sıx budaqlanan, cavanlıqda qövsvari əyilmiş, sarımtıl, al-qırmızı, sonradan qonur rəngli olurlar. Tikanlarının uzunluğu 1 sm, nazik və elastikdir. Yarpaqlarının uzunluğu 1-3 sm, gözəl, yumurtaşəkilli və ya uzunsov, bünövrəsində daralan və qısa saplağa keçən, üstdən parıltılı yaşıl və alt tərəfdən göyümtüldür. Payızda yarpaqları al-qırmızı çalarlı olur, oktyabrda tökülür. Salxımlarda toplanmış çiçəklərinin içərisi sarı, bayır tərəfi isə al-qırmızı rəngdə olur. Çiçəkləri tək və ya dəstələrdə toplanmış 2-5 ədəddir, 8-12 gün ərzində çiçəkləyirlər. Meyvələri parlaq qırmızı giləmeyvədir, ellipsvari formalı, uzunluğu 1 sm-ə qədərdir, payızın əvvəlində yetişir və uzun müddət tökülmür. Hər il bol meyvə verir.
Torpağa az tələbkar, quraqlığa, qaza, hisə, toza davamlı bitki növüdür.
Böyük Qafqazda aşağı dağ ətəklərində yaruslarda rast gəlinir.
Bu növün meyvələrində alkaloid çox olduğuna görə acıdır və qidaya yararsızdır, ancaq qışlayan quşlar üçün yaxşı yemdir. Qrup və tək əkinlərdə, alp təpəciklərində istifadə edilir.