Beriyev A-50 ("A" məhsulu, NATO kodlaşdırılmasına görə: Mainstay — "İstinadgah") — uzaq radiolokasiya müəyyən və idarə edilməsi təyyarəsi. "Moss"u əvəz etmək üçün nəzərdə tutulmuş "A-50" ilk uçuşunu 1978-ci ildə gerçəkləşdirmişdir. 1984-cü ildə, Rusiya HHQ-də istifadəyə verilmiş və 1992-ci ildən bu yana təxminən 40 ədəd istehsal edilmişdir.
15 nəfərdən ibarət olan heyəti, antennası təyyarənin üst hissəsində 29 ft 9 in (9.00 m) hündürlüyündəki fırlanan radar günbəzinə yerləşdirilmiş Liana izləmə radarından məlumatları toplayır. A-50 maksimum 10 dədə hərbi təyyarəni idarə edə bilir. Təyyarənin maksimum qalxış çəkisi olan 190 ton ilə aviabazadan havaya qalxıb 1000 km mənzilə qədər 4 saat dayanmadan uça bilər.
Təyyarə nəzəri olaraq İL-78 tərəfindən havada yanacaqdoldurma qabiliyyətinə malik olmasına baxmayaraq test uçuşları zamanı tanker təyyarənin quyruq turbulentliyinə girərək həddindən artıq silkələndiyinə görə demək olar ki, bunun mümkün olmadığı görünmüşdür.[1]"Veqa-M" radarı MoskvadaMNIIP tərəfindən modernləşdirilimişdir və NPO-Vega-M tərəfindən istehsal olunmuşdur. "Vega-M" radarı 230 km mənzil içindəki 50 müxtəlif hədəfi eyni zamanda izləyə bilir. Gəmi kimi böyük hədəfləri 400 km uzaqlıqdan da görmək olur.
İzdeli-676[3] - istehsal yalnız bir dəfəyə məxsus müvəqqəti istehsal olunan , telemetriya izləmə modeli
İzdeli-776 - istehsal yalnız bir dəfəyə məxsis müvəqqəti istehsal onunan telemetriya və izləmə modeli
İzdeli-976 (SKİP) - (СКИП - Təyyarə Nəzarət-İdarəetmə Məntəqəsi) - İL-76 bazasında yaradılan Məsafədan İdarəetmə və Raket İzləmə platforması. İlk olaraq Raduga Kh-55 idarə olunan nüvə raketləri sınaqlar dəstəkləmək üçün istehsal edilmişdir. Digər avadanlıqlarlala təchiz olunumuş stasionar radar qapağı və monitorlu izləmə operatoru kabinəsi vardır ( bir prototipi və beş ədəd istehsalı).
İzdeli-1076 - bir dəfəyə məxsus buraxılan xüsusi xidmət modeli. Missiyası haqqında məlumat mövcud deyil.
A-50İ - İsrail Phalcon radarı ilə təchiz edilmiş model, Çin Xalq Respublikası üçün dizayn edilmişdir , ABŞ-nın göstərdiyi yüksək təzyiqlə layihə ləğv edilmişdir .
A-50E/I - Rus Shmel və ya İsrail Phalcon radar ilə təchiz edilmiş ixrac modeli.
KJ-2000 - Çin şirkəti tərəfindən işlənib hazırlanmış A-50İ bazalı model.