İlyuşin İL-76

İL-76 (NATO kod adı ilə: Candid) — Sovet İttifaqının İlyuşin Konstruktor Bürosu tərəfindən dizayn olunmuş dörd turbofan mühərrikli çoxməqsədli təyyarədir. Kommersiya məqsədli yük daşıyan təyyarə kimi ilk dəfə 1967-ci ildə planlanmışdır. Bu təyyarə ağır və iri ölçülü yüklərin orta və uzaq məsafələrə daşınması üçün təyin olunmuşdur. Həmçinin bu təyyarəinin hərbi variantları hava-idarəetmə məntəqəsi və havada-yanacaq dolduran kimi AsiyaAvropa qitələrində geniş istifadə olunur. Antonov An-12'nin yerini almışdır.

Ilyushin Il-76
Ил-76
Tipi Nəqliyyat Təyyarəsi
İstehsalçı Tashkent Aviation Production Association
Baş konstruktor Ilyushin
İlk uçuş 25 Mart 1971
İstismara verilmə tarixi 1974
İstismarçılar
Buraxılış sayı ~960
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İL-76-nı fərqləndirən xüsusiyyətlərindən biri də onun rampa sistemli yük bölməsi qapısının olmasıdır, bu isə xüsusi ilə kommersiya məqsədli yük daşınmada daha əhəmiyyətli yer tutur. Çünki bu sistem bir çox iri ölçülü texnika və avadanlıqların, tırtıllı və təkərli texnikaların, bağlama şəklində olan yüklərin yük bölməsinə rahatlıqla daxil olunmasına kömək edir. Təyyarənin xüsusi modelləri də vardır ki, onlar yanğın söndürən kimi və çəkisizlik kabinası (zero-G) təlimlərində istifadə olunur. 

Model Xarakteristika, fərqli cəhətləri
İL-76 "Candid" Baza modeli
İL-76 "Baghdad-1" Sonradan "Adnan-1" adlandırılmışdır. İraq HHQ-ın İL-76MD bazasında hazırlanmış radarla təchiz olunmuş model. 3 nüsxədə hazırlanıb.
İL-76D ('D' modeli "Desantniy", yəni Desant Daşıyan) quruq hissəsində isə müdafiə məqsədli atəş qurğusu mövcuddur.
İL-76 "Adnan-2" İran HHQ-ə məxsus olmuş, radarla təchiz olunmuş versiya. 2009-cu il 22 sentyabrda qəzaya uğrayıb.
İL-76KT Kosmonavtların hazırlanması üçün çəkisizlik vəziyyətini simulyasiyası üçün olan təyyarə. İlk uçuş 2 avqust 1981.
İL-76LL Mühərrik testi üçün uçan laboratoriya
İL-76M Modernizasiya olunmuş versiya, yükgötürmə qabiliyyəti 42 tona qədər artırılıb. İlk uçuşu 24 mart 1978-ci il.
İL-76MQA İL-76M-in mülki variantı. Yalnız 2 nüsxədə hazırlanıb.
İL-76MD "Candid-B" Modernizasiya olunmuş versiya. Yükgötürmə 48 tona qədər artırılıb. İlk uçuşu 6 mart 1981-ci il.
İL-76MDP Yanğın söndürən təyyarə. İlk uçuşu 28 yanvar 1993-cü il
İL-76MD "Scalpel" Təyyarə-hospital variantı
İL-76MD-90A Daha güclü və ekologiya standartlarına cavab verən Aviadvigatel PS-90 mühərrikləri ilə təchiz olunmuş versiya
İL-76MD-M Uzunməsafəli uçuşlar üçün modernizasiya olunmuş variant
İL-76MDK "Kosmos" Kosmonavtların hazırlanması üçün çəkisizlik vəziyyətini simulyasiyası üçün olan təyyarə. İlk uçuş 6 avqust 1988.
İL-76MF 6.6 metr daha uzun olan bu variant PS-90 mühərrikləri ilə maksimum qalxış çəkisi 210 ton və 60 ton yük götürmə qabiliyyəti olan modeldir.
İL-78MK İL-78M bazasında hazırlanmış modernizasiya olunmuş versiya
İL-76P Yanğın söndürən təyyarə
İL-76PS Axtarış-xilasetmə təyyarəsi
İL-76PP Radio-elektron mübarizə təyyarəsi
İL-82(İL-76SK) Hava-idarəetmə məntəqəsi. Nüvə partlayışı zamanı yerdəki idarəetmə məntəqələrinin məhv olunduğu halda istifadəsi nəzərdə tutulur.
İL-76T "Candid-A" Nəqliyyat
İL-76TD İL-76MD təyyarəsinin sivil ekvivalenti. İlk uçuşu 1982-ci ildə etmişdir, D-30 turbofan mühərrikləri ilə təhciz olunmuşdur
İL-76TD "Antarktida" Şimal və Cənuq qütblərə uçmaq üçün xüsusi naviqasiya sistemi ilə təmin olunmuş variant
İL-76TD-90VD Aviadvigatel PS-90 mühərrikləri və rəqəmsal kabinə ilə təchiz olunmuş versiya
İL-76TD-90SW Silk Way Airlinesin sifarişi ilə Aviadvigatel PS-90 mühərrikləri ilə təchiz olunmuş versiya
İL-76TF Aviadvigatel PS-90 mühərrikləri ilə təchiz olunmuş mülki versiya
İL-78 "Midas" Tanker-təyyarə
İL-78M Modernizasiya olunmuş tanker-təyyarə
İL-78M-2
İL-78M-90A İL-76MD-90A bazasında hazırlanmış tanker-təyyarə
İL-78MK-90 İL-78MK-in Aviadvigatel PS-90 mühərrikləri ilə təchiz olunmuş versiyası əsasında hazırlanmış tanker-təyyarə
İL-78MKİ Modernizasiya olunmuş, kommersiya məqsədli, Hindistan üçün olan versiyası
İL-78MP Pakistan üçün hazırlanmış versiya
İL-976
A-50 "Mainstay" Uzaq radiolokasiya müəyyən və idarə edilməsi təyyarəsi
A-60 Uçan laboratoriya
A-100 Uzaq radiolokasiya müəyyən və idarə edilməsi təyyarəsi
KJ-2000 Uzaq radiolokasiya müəyyən və idarə edilməsi təyyarəsi — Çin versiyası

Texniki göstəriciləri

[redaktə | mənbəni redaktə et]

Ümümi xarakteristikaları

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj — 5 nəfər (əlavə olaraq 2 uçuş texniki və 2 yük operatoru)
  • Yük götürmə : 42 ton (İL-76M), 48 ton (İL-76TD), 60 tonnes (İL-76MD-90A)
  • Uzunluq : 46.59 metr (152 ft 10 in)
  • Qanadların uc nöqtələri arasındakı məsafə : 50,5 metr
  • Hündürlük : 14.76 metr (48 ft 5 in)
  • Qanadın sahəsi : 300.0 m² (3,229.2 ft²)
  • Boş çəkisi : 192,500 kg (İL-76TD-90) (203,962 lb)
  • Maksimal qalxma çəkisi : 395,000 kg (İL-76) (429,975 lb (İL-76TD-90))
  • Güc qurğusu : 4 × Aviadvigatel PS-90–76 turbofanları, 142 kN (32,000 lbf) və ya 14,500 kgf hər birində

Göstəriciləri

[redaktə | mənbəni redaktə et]
  • Maksimal sürət : 900 km/s (490 kt, 560 mph) Mach 0.82 hündürlükdən asılı olaraq
  • Uçuş məsafəsi : 5,000 km (2,700 nmi) (İL-76MD-90A/TD-90VD üçün) 52 ton yüklənmə ilə; 4,000 km (İL-76M/T); 4,400 km (İL-76MD/TD), 4,200 km (İL-76MF/TF)
  • Uçuş hündürlüyü : 13,000 metr (42,700 ft)
  • Eniş zamanı minimal qaçış məsafəsi : 450 metr, revers qurğusu ilə

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]
hazırkı İL-76 istifadəçiləri. (Qırmızı — Sadəcə Hərbi Məqsədlər üçün, Yaşıl — Mülki Məqsədlər üçün, Mavi — Hərbi və eyni zamanda Mülki Məqsədlər üçün