Berkner adası — Hündür buzlaq adası olaraq Antarktida ərazisinə daxildir. Uzunluğu 320 km, eni 135 km təşkil edir. Ueddell dənizinin suları daxilində yerləşir[1].
Berkner adası | |
---|---|
ing. Berkner | |
Ümumi məlumatlar | |
Sahəsi | 43 873,1 km² |
Uzunluğu |
|
Eni | 150 km |
Hündür nöqtəsi | 869 m |
Yerləşməsi | |
79°40′00″ c. e. 43°00′00″ q. u.HGYO | |
Ölkə | Antarktida |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
43 873,1 km² sahəyə malikdir. Bu ada Antraktidada I Aleksandr Torpağı adasından sonra ikincidir. Adaya Böyük Britaniya, Argentina və Çili ərazi iddiası irəli sürmüşdür. Ada cənub yarımkürrəsində qütbə ən yaxınıdır. Bəzən isə səhfən Ross adası olduğu deyilir. Bütünlüklə şelf buzlağı ilə əhatələnir və gəmi ilə adaya yaxınlaşmaq olmur. Adanın ucqar şimal nöqtəsi ilə açıq dəniz arasında cəmi 17 km məsafə vardır. Ən hündür nöqtəsi 869 m (digər mənbəyə görə, 975 m). Adada açıq şəkildə ikinqalxma müşahidə edilir. Şimalda Reynvartheh (698 м), 78°19′ c. e. 46°20′ q. u.HGYO, və cənubda Tissenheh (869 м), 79°34′ c. e. 45°42′ q. u.HGYO. Şimaldan cənuba üç buxta vardır: Makkartin buxtası, Roberts buxtası və Spilhaus buxtası. Şimalda isə Quld buxtası yerləşir. Ada materikdən 150 aralı yerləşir.
Berkner adası amerikan ekspedisiyası tərəfindəm Beynəlxalq geofizika ili çərçivəsində Finn Ronne tərəfindən kəşf edilir. O, 1957-ci ilin oktyabrında Elsuort bazasından uçuş edərkən ordan cənub-qərbdə nəhəng ərazini əhatə edən yüksəklik aşkarladı.
1990-cı ildən ada qütb tətqiqatları aparmaq üçün əsas düşərgə rolunu oynayır.