I Aleksandr Torpağı (rus. Остров Александра I) — Antarktidanın ən iri adası, sahəsi 43 250 km² təşkil edir.
I Aleksandr Torpağı | |
---|---|
rus. Остров Александра I | |
Ümumi məlumatlar | |
Sahəsi | 43 250 km² |
Uzunluğu |
|
Eni | 200 km |
Hündür nöqtəsi | 3140 m |
Əhalisi |
|
Yerləşməsi | |
71°00′00″ c. e. 70°00′00″ q. u.HGYO | |
Ölkə | Antarktida |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada Antarktidadan 20 km qərbdə Bellinshauzen dənizi daxilində yerləşir. Uzunluğu 378 km, eni 200 km təşkil edir. Sahil xəttinin uzunluğu 2185 kilomertdir. Materikə Şelf buzlağı ilə birləşdiyindən kosmosdan görünməz olur. Ən hündür yeri 3140 metr təşkil edir. İqlimi Antarktikdir, iyul ayının orta temperaturu −15°S, yanvar ayında isə 0°S təşkil edir. İllik yağıntının miqdarı 500 mm-dir.
I Aleksandr Torpağı 28 yanvar 1821-ci ildə Birinci Rus Antarktik ekspedisiyası Faddey Bellinshauzen və Mixail Lazarev tərəfindən kəşf edilir. Ada Rusiya İmperiyası Çarı I Aleksandrın şərəfinə adlandırılmışdır. 1940-cı ilə qədər ərazi materikin bir hissəsi olduğundan onu ada deyil, torpaq olaraq adlandırılmışlar.
Adaya ərazi iddiası ilə Böyük Britaniya, Argentina və Çili çıxış edir. 1961-ci ildə Antarktika haqqında konvensiyaya görə məsələ dondurulmuş olaq qalır. Hal-hazırda adada Böyük Britaniyaya məxsus elmi stansiya ing. Fossil Bluff fəaliyyət göstərir.