Bernadotlar sülaləsi

Fin Müharibəsinin ardınca 1809-cu ildə, İsveç əsrlər ərzində İsveç krallığının şərq yarısını təşkil etmiş olan Finlandiyanı itirdi. Kral IV Qustav Adolfa qarşı hiddət üsyanı sürətləndirdi. Qustav Adolf devrildi və onun dayısı XIII Karl kral elan edildi. Yeni kral sonsuz olduğundan, 1810-cu ildə Riksdaq, İsveç parlamenti Danimarka şahzadəsi Xristian Avqust Şlesviq-Holşteyn-Sonderburq-Avqustenburqu vəliəhd seçsə də o sonrakı il vəfat etdi.

Bernadotlar sülaləsi
Ölkə
Banisi Karl Jan Baptist Juls Bernadot
Sonuncu hökmdar XVI Karl Qustav
Hazırkı rəhbər XVI Karl Qustav
Əsası qoyulub 1818
Soyun kəsilməsi davam edir
Milliyyət İsveç (əslində Fransız)
Titullar
İsveç kralı
Norveç kralı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İsveç tarixi
İsveç dövlət gerbi
Bu məqalələr ölkə seriyasındandır
Qədim Skandinaviya
Antik İsveç
Vikinq dövrü İsveçi
Erkən İsveç tarixi
Sülalələr:
Münsö sülaləsi (VIII əsr1060)
Stenkil sülaləsi (10601125)
Sverker sülaləsi
Erik sülaləsi
Byelbo sülaləsi
Kalmar Birliyi
Meklenburq sülaləsi
Vaza sülaləsi
Holşteyn-Qottorp sülaləsi
İsveç-Norveç
Bernadotlar sülaləsi
Müasir İsveç
XIV Karl İohann
I Oskar
XV Karl
II Oskar
V Qustav
VI Qustav
XVI Karl Qustav

İsveç portalı

Hakimiyyətə gəliş

[redaktə | mənbəni redaktə et]

Bu vaxtlar, İmperator Napoleon da Fransada kontinental Avropanın böyük hissəsini idarə edirdi və onun vassal krallıqlarının bəziləri onun qardaşları tərəfindən idarə edilirdi. Riksdaq Napoleonun bəyənəcəyi bir kral seçməyi qərara aldı. 21 avqust, 1810-cu ildə, Riksdaq Fransanın Marşalı Karl Jan Baptist Juls Bernadotu, İsveç taxt-tacına varis seçdi.

Hakimiyyət dövrü

[redaktə | mənbəni redaktə et]

O qəyyumluğa gələndə, 1813-cü ildə Napoleondan üz çevirdi və İsveç anti-Napoleon ittifaqına qoşuldu. 1814-cü ildə Napoleon Rusiyaya hücum edəndə o çar I Aleksandra söz verdi ki, Napoleonun müttəfiqi Danimarka-Norveç dövlətinə müharibə elan edəcək. Elə həmin ilin 14 Avqustunda İsveç ordusu Norveçi ələ keçirdi və Norveç İsveçə birləşdirildi. Bernadot 8 Mart, 1844-cü ildəki ölümünə qədər 5 fevral 1818-ci ildən İsveçi XIV Karl İohann və Norveçi III Karl İohann kimi idarə etdi. Bernadot'un sülaləsi şəxsi uniyanın bitməsi üçün danışıqlar aparan Norveç parlamentinin qərarına hörmət etdi və 1905-ci ildə Norveç müstəqil dövlət oldu.

Bernadotlar sülaləsinin gerbinin sol tərəfi Vaza sülaləsini, sağ tərəfi isə Jan Bernadotun mülkü olan Pontekorvo prinsliyini bildirir.

Sülalənin nümayəndələri

[redaktə | mənbəni redaktə et]
Şəkli Adı Hakimiyyətə gəlişi Hakimiyyətdən gedişi Əlaqə
Karl Jan Baptist Juls Bernadot 1818 1844 qurucu hökmdar
Jozef Fransua Oskar 1844 1859 əvvəlki kralın oğlu
Karl Lüdviq Evgen 1859 1872 əvvəlki kralın oğlu
Oskar Fredrik 1873 1907 əvvəlki kralın qardaşı
Oskar Qustav Adolf 1907 1950 əvvəlki kralın oğlu
Oskar Fredrik Vilhelm Olaf Gustav Adolf 1950 1973 əvvəlki kralın oğlu
Karl Gustav Fulke Hubertus 1973 hakimiyyətdədir əvvəlki kralın nəvəsi