VI Qustav

VI Qustav və yaxud tam adı ilə Oskar Fredrik Vilhelm Olaf Qustav Adolf (11 noyabr 1882[1][2][…], Stokholm kral sarayı[d], Stokholm leni[d][1]15 sentyabr 1973[2][3][…]), idarəetmədə söz sahibi olan son İsveç kralıdır.

VI Qustav
isv. Oscar Fredrik Wilhelm Olaf VI Gustaf Adolf
Kral Qustav - İsveçin, Qotların və Vendlərin kralı
Kral Qustav - İsveçin, QotlarınVendlərin kralı
29 oktyabr 1950 – 15 sentyabr 1973
ƏvvəlkiV Qustav
SonrakıXVI Karl Qustav
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Stokholm
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri Helsinqborq
Vəfat səbəbi ağciyər iltihabı
Təhsili
Fəaliyyəti antropoloq, botanik, əsilzadə, monarx, rəsm kolleksioneri[d]
Atası V Qustav
Anası Sofiya Mariya Viktoriya
Həyat yoldaşları (1)Marqareta Bernadot
(2)Luiza Mauntbetten
Uşaqları Qustav Adolf Bernadot
Siqvard Bernadot
İnqrid Bernadot-Qlüksburq
Bertil Qustav
Karl İohann Bernadot
Ailəsi Bernadotlar sülaləsi
Dini Lüteranizm
Rütbəsi general-leytenant
Elmi fəaliyyəti
Elm sahəsi Arxeologiya

Təltifləri 1126-cı Qızıl Qoyun Yunu Cəngavəri
915-ci Jartiyer Cəngavəri
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsveç kralı V Qustavın oğlu idi. 1902-ci ildə orduya girdi, 1932-ci ildə generallığa yüksəldi. Uppsala Universitetində təhsil gördüyü illərdə başlayan arxeologiya marağı həyatı boyunca davam etdi. 1920-ci illərdə Yunanıstan, İtaliyaKiprdə arxeoloji araşdırma gəzintilərinə qatıldı. İsveçdəki qədim abidələr haqda məqalələr yazdı. Dünyada Asiya qab-qacaqlarından ibarət olan ən böyük xüsusi kolleksiyalardan birinə sahib olan Qustav, Çin farforları mövzusunda mütəxəssis idi. 88 yaşında, İtaliyanın Akvarossa şəhərindəki Etrusk xarabalıqlarında davam etdirilən qazıntı işlərinə qoşuldu.

Ailəsi və hakimiyyət dövrü

[redaktə | mənbəni redaktə et]

1920-ci ildə ölən ilk arvadı Connaught şahzadəsi Marqaretadan beş uşağı oldu. Ən böyük oğlu Vasterbotten hersoqu Qustav Adolfu varis elan etdi. 1923-cü ildə Luiza Mauntbettenlə ikinci evliliyini edən Qustav 1950-ci ilin oktyabrında taxta çıxdı. Vəliəhd Qustav Adolfun 1947-ci də ölməsindən sonra, onun oğlu Karl Qustav vəliəhd oldu. 1965-ci ildə Riksdag (Parlament) kralların hökmdarlığa başlama yaşını 25-ə yüksəltdi. Həmçinin 1971-ci ildə çıxarılan və 1973-cü ildə Qustavın ölümünün ardından qüvvəyə minən qanunla kralın səlahiyyətlərinin çoxu əlindən alındı, krallıq böyük ölçüdə simvolik bir mövqe halına gəldi. Qustavın yerinə nəvəsi XVI Karl Qustav İsveç kralı oldu.

  1. 1 2 Hovförsamlingens kyrkoarkiv, Födelse- och dopböcker, SE/SSA/0007/C I/6 (1861-1886), bildid: 00033265_00118.
  2. 1 2 Gustav VI Adolf // Encyclopædia Britannica (ing.).
  3. Lundy D. R. Oskar Frederik Vilhelm Olaf Gustaf VI Adolf Bernadotte, King of Sweden // The Peerage (ing.).