XVI Karl Qustav (isv. Carl XVI Gustaf; 30 aprel 1946[1][2][…]) — indiki İsveç kralıdır. Qustav Adolf Bernadot və Sibilla Sakse-Koburq-Qotanın tək oğludur. Atası öldüyü üçün taxta babasından sonra o keçmişdir.
XVI Karl Qustav | |
---|---|
Carl Gustaf Folke Hubertus | |
1973 – davam edir | |
Baş nazir | Olof Palme Thorbjörn Fälldin Ola Ullsten Thorbjörn Felldin Olof Palme İnqvar Karlsson Karl Bildt İnqvar Karlsson Göran Persson Fredrik Reinfeldt |
Əvvəlki | VI Qustav |
Sonrakı | yoxdur |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Stokholm |
Təhsili | |
Atası | Qustav Adolf Bernadot |
Anası | Sibilla Sakse-Koburq-Qota |
Həyat yoldaşı | Silvia Sommerlat |
Uşaqları |
Karl Filip Edmund Bertil Bernadot Madeleyn Tereza Ameliya Jozefina Bernadot |
Ailəsi | Bernadotlar sülaləsi |
Dini | Lüteranizm |
Hərbi xidmət | |
Mənsubiyyəti | İsveç |
Qoşun növü | İsveç Silahlı Qüvvələri |
Rütbəsi | Admiral |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Karl Qustav 1946-cı ildə Stokholmda anadan olmuşdur. Onu xaç suyuna Uppsala arxiyepiskopu Erlinq Eydem salmışdı. O anadan olan kimi Yamtland hersoqu tituluna sahib olmuşdur. Atası erkən yaşda öldüyü üçün 4 bacısı ilə babasının yanında böyüyən Karl Qustav bu haqda 2005-ci ildə bir nitqində danışmışdı[3]. Orta təhsili bitirdikdən İsveç Donanması, İsveç Ordusu və İsveç Hava Qüvvələrində 2 il yarım təhsil görən Karl donanmada leytenant, orduda isə kapitan rütbəsinəcən yüksəldi. Uppsala Universiteti və Stokholm Universitetini bitirən Karl bir çox xarici şirkətdə idarəetmə barədə təlim keçdi.
1973-cü il, sentyabrın 15-i təntənəli şəkildə kral olan Karl İsveç kralları içində ən qısa titul işlədən adam olmuşdur. Belə ki, o babasının "Tanrının izni ilə İsveçlilərin, Qotların və Vendlərin kralı" (lat. Dei Gratia Suecorum, Gothorum et Vandalorum Rex) titulundan imtina etmişdir. Özünə xüsusi şüar hazırlatmışdır[4]. Kralın hüququ və vəzifəsi çox azdır. O təkcə mərasimlərdə vəzifə yerinə yetirir, açılışlar edir. Baş naziri təyin edə bilmir. Onun vəzifələri arasında xaricə rəsmi səfərlər etmək və qonaq qəbul etmək, parlament sessiyaları açmaq və postuna yeni gəlmiş xarici dövlət başçılarına təbrik məktubları yazmaqdır[5]. O, həm də hər il Nobel mükafatını təqdim edir.
Kral 1976-cı ildə Silvia Sommerlat ilə evləndi. Onların toy mərasimində ABBA qrupu "Dancing Queen" adlı mahnılarını ifa etmişdi. Onların üç övladı var:
Kral indiki bütün Avropa monarxları ilə qohumdur.
SƏLƏF VI Qustav |
Bernadotlar sülaləsi 1973-indiyədək |
XƏLƏF Viktoriya Bernadot vəliəhd |