Beykent Universiteti (BU) — İstanbulda universitet. 1997-ci il 4282 saylı Qanuna əsasən Adem Çelik-Beykent Təhsil Vəqfi tərəfindən qurulan iniversitet, Türkiyədə İctimai Hüquq statusu alan ilk vəqf universitetlərindən biridir.
Beykent Universiteti | |
---|---|
Beykent Üniversitesi[1] | |
41°07′02″ şm. e. 29°00′13″ ş. u.HGYO | |
Əsası qoyulub | 1997[2] |
Tələbə sayı | 17.000 |
Ölkə | |
Sayt | beykent.edu.tr |
Universitetdə tədris ingilis, rus və türk dillərindədir.
Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu 1999–2004-cü illərdə Beykent Universitetində professor, Beynəlxalq Əlaqələr Departamentinin müdiri, Universitet Senatının üzvü və İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.[3]
Türkiyənin keçmiş Milli Təhsil Naziri Ömər Dinçer 1999–2003-cü illərdə Beykent Universitetində professor, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, Sosial Elmlər İnstitutunun direktoru və prorektor vəzifələrində çalışıb.[4]
İstanbul Beykent Universitetinin Kişi Voleybol Komandası Türkiyə Universitet İdmanları Federasiyası tərəfindən 18–29 mart 2013-cü il tarixlərində təşkil edilən Birinci Liqa Voleybol Turnirində çempion olmuşdur.[5]
Universitet Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Beykent Universitetinin Sokrat və Erasmus proqramları çərçivəsində Avropa universitetləri ilə müqavilələri var ki, bu proqramlar universitet tələbələrinin Avropa universitetində təhsillərini davam etdirməsinə, əcnəbi tələbələrin isə Türkiyədə təhsil almasına şərait yaradır.
Beykent Universiteti, 09.07.1997-ci il 4282 tarixli Qanuna əsasən Adem Çelik — Beykent Təhsil Vəqfi tərəfindən təsis edilmiş, Publik hüquqi şəxs statusuna malik vəqf universitetidir.
Adam Çelik vəqfi "İcmaiyyətə xidmət" təhsil təşəbbüsünü irəli sürmüş və uşaq bağçasından ibtidai və orta məktəbə, sonra isə Beykent Universitetə qədər qüsursuz təhsil zənciri yaratdı.
1997–1998-ci tədris ilində Böyükçekmece kampusunda təhsil fəaliyyətinə başlayan universitet, indi İstanbulun mərkəzi bölgələrində yerləşən 4 yaxşı təchiz olunmuş kampusda fəaliyyətini davam edir.