Beynəlxalq Ala-Too Universiteti və ya Beynəlxalq Atatürk-Ala-Too Universiteti (rus. Международный университет «Ала-Тоо»; türk. Uluslararası Ala-Too Üniversitesi), Qırğızıstanın Bişkek şəhərində yerləşən özəl universitetdir. 1996-cı ildə qurulmuşdur. Universitet məzun, magistr və doktorantura proqramları üzrə təhsil verir. Qırğızıstanın ən nüfuzlu universitetlərindən biridir. [mənbə göstərin]
Beynəlxalq Atatürk - Ala-too Universiteti Ala-Too International University Seal.png | |
---|---|
| |
42°51′25″ şm. e. 74°40′41″ ş. u.HGYO | |
Şüar | "Dünyaya pəncərəniz" |
Əsası qoyulub | 1996-cı il |
Rektor | Səncər Erdolatov |
Şəhər | Bişkek |
Ölkə | |
Ünvan | Qırğızıstan, 720048; Bişkek, Ankara küçəsi 1/8 |
Sayt | alatoo.edu.kg |
Vikianbarda əlaqəli mediafayllar |
Universitetdə əsas tədris dili ingilis dilidir, lakin bəzi fənnlər türk, qırğız və rus dillərində tədris olunur. Fransız və alman dilləri də seçmə dərslər olaraq tədris olunur. Universitetin rektoru Səncər Erdolatovdur.[2]
Qırğızıstan vətəndaşları, Mərkəzi İmtahan Sisteminin imtahan nəticələrinə görə universitetə qəbul olunurlar. Ala-Too Beynəlxalq Universiteti qlobal İslam təhsili tərəfindən maliyyələşdirilir və idarə olunur.[3] Milli Təhsil Nazirliyi hər il keçid balını elan edir və tələbələr bu bala görə qəbul olunurlar. Digər ölkələrin vətəndaşları üçün qəbul şərtləri fərqlidir.
Atatürk-Ala-too Beynəlxalq Universiteti Qırğızıstan Respublikasının ərazisində yaradılan ilk özəl universitetlərdən biridir. Təsisçiləri beynəlxalq təhsil müəssisəsi olan "Sepat" təhsil müəssisəsi və Qırğızıstan Respublikasının Elm, Təhsil və Mədəniyyət Nazirliyi idi.[4] İlk buraxılışı 2001-ci ildə olmuşdur.
Qeyd edək ki, Ala-Too Beynəlxalq Universiteti Fətullah Gülən tərəfindən dəstəklənən islamın əsaslarını təbliğ edən və izləyən "Sebat" Təhsil Vəqfi tərəfindən qurulduğundan, onun adı həmişə nurçular cərəyanı ilə bir hallanırdı.[5] Bu səbəbdən Türkiyə hökumətinin Güləni günahlandırdığı 2016-cı il dövlət çevrilişi cəhdindən sonra, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərliyi Qırğızıstan hökumətindən Gülənçilik hərəkatına bağlı qurumları bağlamasını tələb etdi.[6] Lakin Qırğızıstan hökuməti Ankaranın tələblərini yerinə yetirməkdən imtina etdi. Bu halda Türkiyə hökuməti Qırğızıstan Respublikası ilə diplomatik münasibətləri kəsəcəyi ilə hədələdi.
2017-ci ilin əvvəlində isə Türkiyə prokurorluğu universiteti Gülən hərəkatı ilə əlaqədə günahlandıraraq terror təşkilatlarının siyahısına əlavə etdi.[7] Bundan sonra universitetin adı dəyişdirildi, rektor vəzifəsini tutan Türkiyə vətəndaşı Qırğızıstan vətəndaşı ilə əvəz olundu və Qırğızıstan Təhsil Nazirliyi universitetin əsasını qoyan Sebat (Sapat) qurumunun qurucularından biri oldu.[8][9]
Ala-Too Beynəlxalq Universitetinin aşağıdakı fakültələri və proqramları var: