Beynəlxalq Azadlıq Batalyonu (BAB; türk. Enternasyonalist Özgürlük Taburu; kürd. Tabûra Azadî ya Înternasyonal; ərəb. تابور الحرية العالمي) — Rojava inqilabına dəstək və Suriya vətəndaş müharibəsində Türkiyə Silahlı Qüvvələri, Suriya Milli Ordusu və İslam Dövlətinə qarşı Xalq Müdafiə Birlikləri üçün döyüşən solçu əcnəbi döyüşçülərdən ibarət inqilabi sosialist silahlı qrup.[2][3] BAB-nin yaradılması 2015-ci ilin iyununda Rəsulaynda elan edilmişdir.[4] Qrup üçün ilham İspaniyada vətəndaş müharibəsi zamanı yaradılmış Beynəlxalq Briqadalardan gəlmişdir. Mübarizlərin siyasi ideologiyalarına anarxizm, marksizm–leninizm, xocaçılıq, maoizm və anarxo-kommunizm daxildir.
Beynəlxalq Azadlıq Batalyonu | |
---|---|
Yaranma tarixi | 10 iyun 2015[1] |
Vikianbarda əlaqəli mediafayllar |