Xalqların Birləşmiş İnqilab Hərəkatı (XBİH; türk. Halkların Birleşik Devrim Hareketi ; HBDH) — Türkiyədə əksəriyyəti kürd solçu, inqilabçı sosialist və kommunist olan on ifrat sol təşkilatın ittifaqı. Alyans 12 mart 2016-cı il də elan edilmişdir. Məqsədi seçilmiş Türkiyə hökumətini devirməkdir.[1] O vaxtdan bəri Türkiyədə təhlükəsizlik işçilərinə qarşı bir neçə hücumun məsuliyyətini üzərinə götürmüşdür.
Xalqların Birləşmiş İnqilab Hərəkatı | |
---|---|
Quruluş tarixi | 12 mart 2016 |
Üzvlüyü | |
Saytı | hbdh-online.com |
Alyans Türkiyədə Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) hökumətinə qarşı mübarizəyə sadiq olduqlarını bəyan etmək üçün 12 mart 2016-cı ildə təsis olunduqlarını elan etmişdir. Bu tarix 1971-ci il Türkiyə hərbi memorandumunun 45-ci, Qazi məhəlləsindəki iğtişaşların 21-ci və 2004-cü il Qamışlı iğtişaşlarının 12-ci ildönümü idi. Bu hadisələrin hər üçü alyansın "inqilab, demokratiya və sosializm uğrunda mübarizəmizə qalib gəlmək" missiyasını xatırladır.[2]
Alyans hesab edir ki, AKP Türkiyədə 12 mart 1971-ci ildə qurulan diktaturanı faktiki olaraq bərpa edərək yeni rəhbərliyi həyata keçirməyə çalışır. Alyansın beş üzvü (TKP/ML, MLKP, TKEP/L, İnqilabçı Qərargah və MLSPB) həmçinin Rojava münaqişəsində Suriya Demokratik Qüvvələrinə dəstək verən xarici döyüşçülərdən ibarət Beynəlxalq Azadlıq Batalyonunun üzvləridir.