Beynəlxalq Slavyan Kanalı (rus. Международный Славянский Канал, ukr. Міжнародний Слов'янський Канал, ing. Slavonic Channel International) — televiziya kanalı.
Beynəlxalq Slavyan Kanalı | |
---|---|
Ölkə | Ukrayna (Kiyev) |
Yayım ərazisi | Ukrayna, Rusiya Federasiyası, Belarus, Müstəqil Dövlətlər Birliyi, Gürcüstan, Avropa Birliyi, Kuba, Meksika, Kanada, Amerika Birləşmiş Ştatları, Asiya, Orta Şərq, Afrika |
Dil | Rus dili, Ukrayna dili, İngilis dili |
Baş qərargah | |
Yaranma tarixi | 14 dekabr 1994 |
Rəhbərlik | Ivanenko Valeria Vladimirovna |
Şüar | Ivanenko Valeria Vladimirovna |
Sayt | slav.tv |
Bütün dünyada slavyanları və dünya ictimaiyyətinə slavyanların həyatının mextəlif aspektləri, nadir slavyan tarixi, zəngin ənənələri, mədəniyyəti, nailiyyətləri və dünya sivilizasiyasının inkişafına böyük töhfəsi barədə məlumatın çatdırılması nəzərdə tutulur.
"Beynəlxalq "Slavyan Kanalı" ("International "Slavonic Channel") 12 sentyabr 2008-ci ildən Ukrayna ərazisindən peyk yayımına başlamışdır (Sirius-4 Satellite 5° East Frequency 12075 MHz (H) Symbol Rate: 27,5 Msymb/s FEC 3/4 & Astra-2 Satellite 31,5° East Frequency 12090 MHz (H) Vertical Symbol Rate: 27,5 Msymb/s FEC 9/10). SCI gecə-gündüz işləyir və 1 milyard 202 milyon nəfər əhali əhatə edir. Yayım (Ukrayna ərazisindən ilk dəfə olaraq) dörd səs dorojkaları - ukrayna, ingilis, rus və məhsulu istehsal edən ölkənin dilində aparılır. Gələcəkdə yayım eyni zaman slavyan ölkələri dillərində və həmşinin fransız, alman, ispan, portuqaliya, ərəb və çin dillərində olacaq. Telekanalın mövzusu - mədəniyyət və təhsil
Keçmiş Sovet İttifaqının birbaşa peyk yayımında ilk təcrübəsi "Beynəlxalq Slavyan Kanalının" Ukrayna ərazisindən eksperimental yayımı olmuşdur. Eksperimental yayım 14 dekabr 1994 - 15 may 1995 müddət ərzində baş tutmuşdur. Layihə müəllifləri: Vladimir Ivanenko Aleksandroviç və Ivanenko Valeria Vladimirovna.
Maşşenko İ.Q. Телевидение в Украине. Том первый "Телевидение de facto". - Nikolayev, 1998. – 341 s.