Rava adası

Rava adası (xorv. Rava)- Adriatik dənizinin Xorvatiya ərazisində yerləşən adadır. Xorvatiyanın Zadar şəhərinin tərkib hissəsidir. Adanın sahəsi- 3,63 km², sahil xəttinin uzunluğu isə 15995 kilometrdir.[1]

Rava adası
xorv. Rava
Marnisa körfəzində tufandan əvvəl
Marnisa körfəzində tufandan əvvəl
Ümumi məlumatlar
Sahəsi 3,63 km²
Hündür nöqtəsi 98 m
Əhalisi 98 nəfər (2001-ci il)
Yerləşməsi
44°00′53″ şm. e. 15°04′14″ ş. u.
Ölkə  Xorvatiya
Akvatoriya
Rava adası xəritədə
Rava adası
Rava adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]
Rava adasının körfəzlərinin sxemi

Ada Zadarskom arxipelaqına daxildir. Ada İj və Duqi-Otok adalarının arasında yerləşmişdir. Sahillərini İj və Ravs boğazları yuyur. Adanın sahil xətti girintili-çıxıntılıdır. Adada 15 körfəz yerləşmişdir:

  1. Тanko
  2. Valişina
  3. İvanoşeviça
  4. Pavaysko
  5. Pestexovaç
  6. Drajiçe
  7. Qolubovaç
  8. Martiniça
  9. Qrbavaç
  10. Qrbaçina
  11. Marniça (Mariniça)
  12. Paladiniça (Paladniça)
  13. Biçabok
  14. Lokvina
  15. Za Qrbiçu.

Adada isti quru yay və yumşaq yağışlı qış, Aralıq iqlimi üstünlük təşkil edir. Orta illik temperatur -15 °C-dir.

Ən soyuq ay yanvar ayıdır. (orta temperatur — 7 °C) Ən isti ay isə iyul ayıdır. (orta temperatur — 23,5 °С) Orta illik yağıntı miqdarı - təxminən 900 mm-dir. Yağıntılar əsasən yağış formasında tökülür. Yağıntının əsas hissəsi qış ayında yağır.

Bitkilər aləmi

[redaktə | mənbəni redaktə et]

Aralıq dənizinin yumşaq iqlimi Aralıq dənizi bitkilərinin bitməsinə şərait yaradır: Buraya zeytun ağaclıqları və üzüm bağları daxildir. Xırda yarpaqcıqlarla örtülmüş kiçik ölçülü ağaclar üstünlük təşkil edir. Palıd, kollar, şişuclu, böyürtkənqulançar üstünlük təşkil edir. Son illərdə şam ağaclarının artımı müşahidə olunur. Mədəni bitkilər arasında zeytun və üzümdən başqa, əncir, badam, nar, portağal, limon, naringiqoz geniş yayılmışdır.

Nisbətən böyük miqdarda yağıntının yağmasına baxmayaraq, Rava adasında göl yoxdur. Buna görə də, yağış yağan zaman əhali suyu yığıb saxlayır. Quraqlıq zamanı isə bu sudan istifadə edir.

Rava adasında iki yaşayış məntəqəsi yerləşmişdir: Rava və Kiçik Rava

XX əsrin ortasından başlayaraq adanın əhalisi stabil olaraq azalır. 2001-ci il məlumatlarına görə adada 98 nəfər məskunlaşıb. Əhalinin əsas hissəsini xorvatlar təşkil edir. Cədvəldə Rava adasının 1857-ci ildən 2001-ci ilə qədər əhali sxemi təsvir edilmişdir.[2]

İllər üzrə Rava adasının əhalisi
1857 1869 1880 1890 1900 1910 1921 1931 1948 1953 1961 1971 1981 1991 2001
173 219 247 335 400 400 491 375 411 371 305 234 147 120 98
  1. "Duplančić Leder, T.; Ujević, T.; Čala, M. (2004): Duljine obalne crte i površine otoka na hrvatskom dijelu Jadranskog mora određene s topografskih karata mjerila 1:25 000, Geoadria, Vol. 9, No. 1, 5-32". 2012-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
  2. "Naselja i stanovništvo Republike Hrvatske 1857.-2001., www.dzs.hr". 2012-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-11.