Prviç adası

Prviç adası (xorv. Prvić) Xorvatiyada, Şibenik-Knin vilayətinə məxsus adadır. Mərkəzi Dalmaçiyada yerləşmişdir. Təxminən materik sahilindən kilometrlərlə uzaqda yerləşmişdir. Suya və Şibenik şəhərləri arasında yerləşmişdir.

Prviç adası
xorv. Prvić
Ümumi məlumatlar
Sahəsi 2,37 km²
Hündür nöqtəsi 79 m
Əhalisi 453 nəfər (2001-ci il)
Yerləşməsi
43°43′48″ şm. e. 15°47′42″ ş. u.
Ölkə  Xorvatiya
Akvatoriya
Prviç adası xəritədə
Prviç adası
Prviç adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Prviç adası Şibenik arxipelaqının tərkibinə daxildir. Ada arxipelaqın şərq hissəsində yerləşmişdir. Qərbdə Tiyat adası (Tijat), cənub-şərqdə isə Zlarin adası Prviç adasını materik sahilindən ayırır.

Adanın ümumi sahəsi 2,37 km², sahil xəttinin uzunluğu isə 10,6 kilometrdir. Adanın ən yüksək nöqtəsi Viskoviç təpəsidir. Təpə dəniz səviyyəsindən 79 m hündürlükdə yerləşmişdir.[1]

XV əsrdə Prviç adasında Prviç-Luka və Mərhəmətli Mariyanın Qızları kilsələri inşa edilmişdir. Hər iki kilsə qlaqolitsa liturgiyasına xidmət edirdi. Uzun illər Prviç-Luka kilsəsi qlaqolitsa mərasimlərinin keçirildiyi böyük mərkəzlərdən biri olmuşdur. Monastır hal-hazırda da fəaliyyət göstərir.

Şepurinedə Draqaniç Vrançiçin məşhur ailəsinin yay malikanəsi yerləşirdi. Bu ailənin ən məşhur nümayəndələrindən biri Faust Vrançiç olmuşdur. O, ilk dəfə paraşütü sınaqdan keçirmişdir. Faust bunu ən çox yay aylarında edirdi. Şepurinedə Vrençiçey malikanəsində indiyə qədər onların nəsilləri yaşayırlar. Faust Vrançiç Prviç-Luka kilsəsində dəfn edilmişdir.[2]

Prviç-Luka
Şepurine

2001-ci il əhalinin siyahıya alınması zamanı məlumatlara görə adada 453 sakin məskunlaşmışdır. Adanın bütün sakinləri iki sahilboyu qəsəbədə – Şepurine (Šepurine) və Prviç-Lukada (Prvić Luka) yaşayırlar. Şepurine adanın qərb sahilində yerləşmişdir. Prviç-Luka isə adanın cənub-şərqində yerləşmişdir. Adanın tək avtomobil yolu onları kilometrlərlə uzunluqla birləşdirir. Hər iki qəsəbədə Şibenik-Vodiçenin teploxodları dayanır.

Prviç adası Adriatik dənizinin digər adaları kimi məşhur turizm mərkəzlərindəndir. Turizm mövsümündə adanın əhalisi kəskin surətdə artır.

Prviç adasında iqtisadiyyatın əsas sahələri- kənd təsərrüfatı, balıqçılıq və turizmdir. Əsas kənd təsərrüfatı məhsulları zeytun, əncirüzümdür. Turizm son illərdə inkişaf edir. Prviç-Luka qəsəbəsində Mistral (Şimal-qərb küləyi) mehmanxanası tikilmişdir. Adada bundan əlavə mini mehmanxanalar və böyük miqdarda şəxsi evlər mövcuddur.

  1. "Центральное бюро статистики Хорватии" (PDF). 2012-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-04-23.
  2. "Остров Првич на туристическом сайте жупании Шибеник-Книн". 2010-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]